"Dəniz-ovçusu" sözünə uyğun 7 nəticə tapıldı!

Hindistan Hərbi Dəniz Qüvvələri yeni “sualtı gəmi ovçusu” ilə silahlandı

2017/10/INS_Kamorta434234324545_1508411844.jpg
Oxunub: 5507     19:12     19 Oktyabr 2017    
Indiatimes.com saytının məlumatına görə, Hindistanın Vişakhapatnam şəhərinin (Andhra-Pradeş ştatı) tərsanəsində sualtı qayıqlar əleyhinə, “INS Kiltan” gəmisinin Hərbi Dəniz Qüvvələrinin tərkibinə verilməsi təntənəli şəkildə qeyd edilib.

Yeni korvet, sifariş edilən Kamorta (28-ci layihə) tipli 4 gəmidən üçüncüsüdür. “INS Kiltan”ın təməl qoyma mərasimi 10 avqust 2010-cu ildə keçirilib, üç il keçdikdən sonra isə gəmi suya buraxılıb. Gəminin hərəkət testlərinə cari ilin 6 may tarixində başlanılıb. Nəticədə, gəmi hərbi-dəniz qüvvələrində qəbul testlərinin aparılması üçün təhvil verilib. Bununla belə, Hinmdistan Kamorta (INS Kavaratti) tipli sonuncu – dördüncü gəminin tikintisini 2017-ci ilin sonuna qədər bitirməyi planlaşdırır.

Kamorta tipli gəminin tikintisi ilə məşğul olan, “Garden Reach Shipbuilders and Engineers” Ltd (GRSE) gəmiqayırma şirkətinin nümayəndələri “INS Kiltan”nın Hindistan donanması tərkibində ən yüksək texnologiyalara malik olduğunu və tərkibinin 80 faizinin milli komponentlərdən ibarət olduğunu bildiriblər.

Layihənin digər gəmiləri kimi, “INS Kiltan”da stels-texnologiyaların istifadəsi ilə tikilərək, demək olar ki, 110 metr uzunluğa və təxminən 14 metrə qədər enə malikdir. Korvetin gövdəsi hind istehsalı olan xüsusi dayanıqlı DMR 249A markalı dəmirdən hazırlanıb. Buna baxmayaraq, gəmidə kiçik radio nəzərə çarpmanı təmin etmək üçün, gücləndirilmiş möhkəm karbon-plastikli kütlədən də geniş istifadə edilib. 4 dizel mühərrikli gəmiyə 3300 ton suyu yerdəyişmə edərək sürəti 25 dəniz düyününə qədər (mühərriklər ovçu-gəmilər üçün mühüm olan az səslilik tələbləri nəzərə alınaraq hazırlanıb) artıra bilmə imkanı verir. Korvetin üzmə imkanı 15 gün və ya 4000 mil (təxminən 18 mil orta sürətlə) təşkil edir. Gəminin ekipajı 180 matrosdan və 15 zabitdən ibarətdir.

INS Kiltan arsenalında 76 millimetrlik artilleriya qurğusu, 2 ədəd 30 millimetrlik sürətli atəş topu, ağır torpedalar, həmçinin bir neçə növ raket və yeni radioelektron mübarizə sistemlərinə malikdir. Eləcə də, gəminin göyərtəsi helikopter üçün meydança və anqarla təchiz edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: