"Düşərgə" sözünə uyğun 293 nəticə tapıldı!

Kabildə baş vermiş terror aktında rumıniyalı diplomat öldürülüb

2019/09/4228-1567488599.jpg
Oxunub: 291     11:54     04 Sentyabr 2019    
Əfqanıstan paytaxtında baş verən terror hücumunda Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin bir əməkdaşı öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rumıniya səfirliyinin Kabildə yerləşdiyi düşərgədə sentyabrın 2-dən 3-nə keçən gecə terror aktı baş verib.

Terror hücumu nəticəsində Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin bir nümayəndəsi ölüb, digəri isə ağır yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabil   Partlayış