" Cəbhə " sözünə uyğun nəticə tapıldı!

"Cəbhə" - (849 )

Qarabağda müharibə, yoxsa sülh?| Asılı vəziyyətdə qalan qeyri-müəyyənlik

2019/12/ICG-1575617066.jpg
Oxunub: 1207     11:43     11 Mart 2020    
Ermənistanın “Sosiokop” təşkilatı işğal altında olan Qarabağda - Xankəndi, Şuşa, Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Kəlbəcər şəhərlərində yaşayan ermənilərlə müharibə, sülh , azərbaycanlılar və Azərbaycanla münasibətlər, bunların fonunda insanların həyat tərzi barədə söhbətlər aparıb.

Ordu.az-ın məlumatına görə, müəllif burada insanların adi şəkildə yaşadığını qeyd edib.

“Müharibə haqqında danışmaq bir tərəfdən mürəkkəbdir, digər tərəfdən gündəlik həyat tərzinin bir hissəsini təşkil edən adi vərdişdir. Bu söhbətlərin adiliyi müharibəyə şahid olmaq, mütəmadi olaraq bunu yaşamaq, davamlı şəkildə müharibələrin təsir nəticələrini daşımağı hiss etmək, müharibəylə bağlı gündəlik həyat tərzinin təşkil olunması ilə bağlıdır. İnsanlar adi şəkildə yaşayırlar. Narahat olmağa bir əsas yoxdur. İnşaat tikinti işləri davam edir. İnsanlar öz işləri ilə məşğuldur. Onları müharibə bir o qədər də qorxutmur”, - deyə müəllif qeyd edib.

Xocavənddə yaşayan 50 yaşından yuxarı kişi:

“Xüsusilə 2016-cı ilin Aprel döyüşlərindən sonra həyat müharibə vəziyyətinə uyğunlaşdırılıb. Buna görə də bu mənada bir çox insanlar üçün müharibə barədə danışmaq onlar üçün ilk növbədə həyat, ailə, məhrumiyyətlər itkilər və qorxu haqqında danışmaq deməkdir.

Digər tərəfdən müharibə öz siyasi və tarixi nəticələrindən asılı olaraq, keçmişlə bağlıdır. Başqa bir tərəfdən isə müharibənin daimi mövcudluğu gündəlik həyatda bərqərar olmasını, cari qayğıların və yaşam tərzinin, quruculuğun və görüləcək işlərin planlaşdırılmasını gələcəyin qeyri-müəyyənliyi baxımından tarixdənkənar edir. Bu lokalizasiya öz növbəsində bir-birinə ziddir. Baxmayaraq ki, insanlar üçün müharibənin olması və öz gələcəyinin qeyri-müəyyənliyi bir-birinə çox bağlıdır. Bu insanlar üçün döyüşmək vərdişi gələcəyini qurmaqdan qorxutmasa da, əksəriyyətinin qavrayışında müharibə vəziyyətinin qeyri-müəyyənliyi, müharibə ilə bağlı narahatlıq, işgüzar təşəbbüslərin və sərmayələrin qeyri-müəyyən vaxtadək təxirə salınması deməkdir. Gələcəklə bağlı anlayışlarında yalnız ümumi qeyri-müəyyənlik vardır. İstənilən an müharibə başlaya bilər. Elə günü sabah və ya 1 ay sonra da başlaya bilər. Aprel ayında döyüşlərin olacağını kim bilirdi? Bu döyüşlər bir gecə içərisində baş vermədimi?”

Xankəndidə yaşayan 19-34 yaş arası kişilər:

“Bura hərbi poliqondur. Bilmirsən sabah nə baş verəcək. Bura ən təhlükəli yerdir. Bura dünyanın sonudur. Buradan 8-10 km o tərəfə artıq Türkiyədir. İstənilən mərmi bura daxil olur. Burada bir ev almaq istərkən dərhal düşünürsən. İstənilən an türkün ələ keçirə biləcəyi və ya atəşlə məhv edə biləcəyi əraziyə necə sərmayə qoymaq olar. Belə bir şey edərsənmi? Xeyr. Burdakı bütün insanlar elə bax bu cür fikirləşir”.

Ağdərədə yaşayan 35-50 yaş arası kişilər:

“İndi hər kəs fikirləşir ki, bir ərazi götürüb, öz işini başlasın. Öz xüsusi mülkiyyəti olsun. Sabah burdan getmək istəsək, satıb gedə bilərik. İstənilən halda 8 ildir burada yaşayırıq və hələ ki, itirəcəyimizdən qorxmuruq”.

Kəlbəcərdə yaşayan 19-34 yaş arası qadınlar:

“Müharibə və gələcəyin qeyri-müəyyənliyi qarşılıqlı bağlantısına bu iki fərqli qavrayışlara bir neçə əsl amil təsir göstərir. İnsanların fərdi sosial vəziyyəti ilə yanaşı kəndin ümumi abadlığı bu məsələdə prioritet daşıyır. Maliyyə sabitliyi və nizamlı iş kənddə infrastrukturun səmərəli istismarı insanların fiziki təhlükəsizlik hissini artırır. Beləliklə, indiki vəziyyətlə yanaşı gələcəyi də daha müəyyənedici və ehtimal edilən axarına salır. İkincisi, cəbhənin uzaqlığı kifayət qədər ciddi amildir. Bunun qavrayışı bir-birinə ziddiyət baxımından təsir edir. Bir tərəfdən Qarabağ tamamilə müharibə ilə sərhəd, rəqiblə təmas, indiki və gələcək qeyri-müəyyənlik bölgüsü arasındadır. Bu qavrayışda yaşayış yerinin və sərhəd arasındakı məsafə, yaxınlıq və uzaqlıq anlayışı baxımından yanaşılmır. Hamının həyatı sərhəddə və müharibədə keçir. Digər tərəfdən cəbhədən uzaq və ya coğrafi əlverişli şəraitdə yerləşmək, yəni dağlıq ərazi yaşayış məntəqələrində insanlar özlərini daha yaxşı müdafiə olunmuş hesab edirlər. Buna səbəb müharibə bərpa olunduğu halda ilk zərbədən qorunma imkanlarıdır. Belə olan halda cəbhə ondan uzaqda olan insanlar üçün müdafiə və mühafizə hissi yaradır. Burada cəbhəyə yaxın olanlar özlərini top mərmisi hesab edirlər. Ancaq biz uzaqda olanlar bunu nə görür, nə də hiss edirik. Bizim həyatımız dinc şəraitdə davam edir. İşlərimizə gedirik, evə gəlib işlərimizlə, qayğılarımızla məşğul oluruq. Cəbhəni qoruyan da öz işini görməkdə, cəbhəni qorumaqda davam edir. Cəbhəyə yaxın olmaq o deməkdir ki, hər an bir şey ola bilər deyə, daim tətikdədirlər”.

Əsgəranda yaşayan 50 yaşından yuxarı kişilər:

“Eyni zamanda cəbhənin varlığı öz özlüyündə müharibənin mövcud olması deməkdir. Cəbhənin ləğv olunması və onun dəf edilməsi sülh, həmrəylik, təhlükəsizlik, real imkan və simvol kimidir. Yaxşı olardı ki, ümumiyyətlə cəbhə olmasın, cəbhəni də qoruyan olmasın. Elə sülh dinc dövr olsun ki, belə bir mühafizəyə ehtiyac qalmasın”.

Əsgəranda yaşayan 35-50 yaşlı qadın:

“Müharibə və sülh ətrafında söhbət etmək müharibələr və sülh dövrünün sınaqdan keçdiyi aralıq dövründə daha da çoxşaxəli olur. İnsan müharibə sınaqlarını və gündəlik həyat tərzini daha fərdi təşkil edirsə, bu halda ondan sülhün qorunması ideyası ətrafında düşünmək və bunu sözlərlə ifadə etmək daha böyük səy tələb edir. Sülh haqqında söhbət çağırışlar və ritorikalarla müşayiət olunur. Müharibə gündəmi şəraitində tez-tez sülh inandırıcı görünmür. Buna nə ehtimal edilir, nə də bu barədə düşünülür. Belə olan şəraitdə müharibə diqqətdənkənar qalır. Bir element olaraq, yaddan çıxır və nəhayət sülh ideyasına boyun əyir və guya sülh kimi hiss olunur. Ona görə ki, türk hələ hücum etməyib və atəş səsləri açılmayıb. Belə bir sülh eyni zamanda Azərbaycan və ya Azərbaycan xalqı ilə qonşuluq etmək perspektivindən xəbər vermir.

İnsanlarla söhbət zamanı indiki vəziyyət nə müharibə nə sülh dövrü kimi qiymətləndirilir. Bununla da insanlar belə bir vəziyyətdə qeyri-müəyyən asılılıq olduğunu hiss edir.

“Geniş miqyaslı hərbi əməliyyatların olmaması, eyni zamanda bunun hər an bərpa edilə biləcəyi təhlükəsi, müxtəlif əsgər ölüm faktları, zaman-zaman eşidilən atəş səsləri müharibəni xatırladır”.

Bəzi sorğu iştirakçıları bu cür vəziyyəti sürünən müharibə, soyuq müharibə kimi dəyərləndiriblər. Bu anlayışın formalaşmasına 2016-cı ildə baş verən aprel döyüşləri öz təsirini göstərib.

“Heç bir yaxşı şey yoxdur. Hətta 1999-2000-ci illərədək vəziyyətin daha yaxşı olduğu qeyd edilir. Biz rahat sərhəddə yaxın gedib, bir işlə məşğul ola bilirdik. Ən azı sərhədboyu təhlükəsiz keçə bilirdik. 94-97-ci illər ərzində 3,5 il ərzində xidmət etmişəm. Birdən rəqib mənə atəş açar deyə düşünmədən səngərdən çıxa bilirdik. Ancaq indi bu mümkün deyil. Aprel döyüşləri dövründə səngərə gedərkən polis orqanlarında işləyirdim. Hətta hər hansı bir vasitə ilə baxmağa belə qorxurdum. Düşünürdüm ki, birdən vurarlar”.

Ağdərədə yaşayan 35-50 yaş arası kişi:

“Müharibədir, daha da pisdir. Müharibə olduğu vaxt nə edəcəyini bilirsən. Müharibənin olması daha yaxşıdır, nəinki hər hün cəbhədə bir itki verəsən. Elə həmin müharibə şəraitindədirlər. Hər ay bir itki baş verir. Bu müharibə deyilmi?”

Şuşada yaşayan 35-50 yaş arası qadın:

“Sülh dövrünü düşünməyin mürəkkəbliyinə baxmayaraq, insanlar onu düşünməyə müəyyən plan qurmağı arzulamağa, ona çatmaq üçün mümkün yolları axtarmağa çalışırlar. Nə qədər pis səslənsə də bu yollardan biri yenə də müharibədir. Müharibə yolu ilə sülh üçün mübarizə aparmaq mümkündür. Bununla da müharibə yolu ilə sülhün əbədi olamsı mifi düşünülür. Sülh ən böyük zənginlikdir. Sülhün nə demək olduğunu yox, nə olduğunu deməyə çətinlik çəkirəm. İnsan sülhü gördükdə özü üçün daha böyük əlçatmazlıq hiss edir. Müharibə dəhşətdir, bunu tərcümə etmək mümkün deyil”.

Kəlbəcərdə yaşayan 35-50 yaş arasında kişi:

“Düzünü desəm, yaxın gələcəkdə bu məsələnin həll ediləciyini təsəvvür etmirəm. Yəqin bir dəfə də müharibə etdikdən sonra bu məsələ həll edilə bilər. İndi hər iki tərəf hərəsi bir şey istəyir”.

Hadrutda yaşayan 14-18 yaş arası qadın:

“Müharibə bizim dava deyil, belə deyim bu hökumətin Azərbaycan ilə davasıdır. Əgər onlar ümumi fikrə gəlib güzəştə gedərlərsə, dediklərini edərlərsə, ümumi fikrə gələr və bir-birindən qorxmazlar”.

Ağdərədə yaşayan 14-18 yaş arası qadın:

“Yəqin onlar da sülh istəyir. Hələlik hökumət buna əl qoyur. Fəhlə sinfi hər yerdə fəhlə sinfi olaraq qalır. Yalnız hökumətlər qazanır. Gedin görün bir mətrəbəli olan hər hansı bir nazir evi varmı və ya “Lexus” sürməyən nazir varmı?”

Şuşada yaşayan 35-50 yaş arası qadın:

“Sülh məsələsi, həmçinin Ermənistanın siyasi diplomatik və hərbi imkanları yaxud, tükənən imkanlarının azalması altında müşayiət olunan məsələdir. Eyni zamanda tərəflərin güzəştsiz mövqe tutması aydındır. Tərəflər arasında həmrəylik ümidsizliyi hökm sürür. 20 ildən çoxdur qeyri-müəyyən qalan Qarabağ münaqişəsi və sülhün bərqərar olması üçün nəzərə çarpmayan səylər və nəticəsiz olması, insanları üçüncü ölkələrin müdaxiləsi zəruriliyinə inanma sahəsində qoyur. Uzanan qeyri-sülh, qeyri-müharibə vəziyyətindən yaxa qurtarmaq üçün münaqişəyə son qoymaq məqsədi ilə tələskənlik bəzən şəxsi suverenlikdən əl çəkmək məsələn, Rusiyanın xeyrinə əl çəkmək ümidlərinin yaranmasına səbəb olur. Bu məsələnin bizim qüvvəmiz hesabına, bizim diplomatik səylərimizlə həll ediləcəyini desəniz, inanmaram. Nə qədər düşünsəm də bu münaqişənin həlli ya bizim, ya qarşı tərəfin xeyrinə olmaldır. Əgər bizim xeyrimizə olarsa, müharibə baş verməlidir. Əgər onları xeyrinə olarsa, yenə də müahribə baş verməlidir. Yaxud Rusyiadan, Amerikadan hansısa bir təşəbbüs olmalı, sərhəd qoyulmalı, farslar və türklər kimi aramızda sərhəd çizilməlidir”.

Ağdərədə yaşayan 35-50 yaş arası kişi

“Müharibə vəziyyətindəki gündəm və qeyri-müəyyənlik içərəsində asılı qalan müharibə gözləntisi ilk növbədə bəzi hallarda səslənən hərbi və düşmənçilik ritorikasının yaranmasına əsas verir. Əlbəttə ki, bu halda sülh mühitinin mövcudluğu azalır. Belə bir vəziyyət də sülh istəyini azaltmır, ən pis sülh belə ən yaxşı müharibədən daha üstündür. Kim müharibə istəyir ki?”.

Səfərdən əldə edilən təəssürata görə “Qarabağ” kəlməsi hələ də geniş mənada istifadə edilməkdədir. Ancaq xüsusilə gənclər arasında “Artsax” kəlməsi də yayılmaqdadır.

Erməni sakinlərlə adsız sorğu “Sosioskop” ictimati təşkilatının araşdırma komandası tərəfindən 2019-cu ilin payızında keçirilib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə