"Boru-xətləri" sözünə uyğun 13 nəticə tapıldı!

Köhnə və Yeni Dünya ilə əlaqə: Gələcək müharibələr kabellər uğrunda olacaq – ARAŞDIRMA (Hərbi ekspert)

2018/01/561928_original23423_4548315045.jpg
Oxunub: 6126     20:04     16 Yanvar 2018    
Şəbəkə, sevdiyimiz zaman qatili, saxlancda gizlənib və bizim məlumatlarımız ötürülən sualtı kabellər dənizin dibində palçıqdan qorunmadan saxlanılır. Bizim bu əlaqələrimiz təhlükədədir.

Bu, dünyanın gördüyü ən iddialı layihələrindən biri idi. Bu layihə dünyanı tamamilə dəyişdirmək üçün əslində görünməz qalacaqdı. 1858-ci ildə Atlantik okeanının dibi ilə teleqraf kabelinin uğurla çəkilməsi Sayrus Fild adlı gənc bir milyonçunun cəsarətli ideyası idi.

Bir il əvvəl bu müəssisə artıq uğursuzluğa uğradı. Kabel qırıldı, vəsaitlər boşuna xərcləndi və ilkin anda eyforiyada olan mətbuat, sonradan lahiyəni lağ obyektinə çevirdi. Ancaq Fild, ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti Metyu Fontayn Mori və ixtiraçı Samuel Morze ilə birlikdə təslim olmaq istəmirdilər. 1858-ci ilin iyulunda İngilis gəmisi HMS "Agamemnon" və Amerikanın USS "Niagara" gəmiləri dördüncü və son dəfə Atlantik okeana daxil oldu.


Onlar mərkəzdə görüşdülər və ümumi uzunluğu 4000 kilometr olan kabelin uclarını bərkitdilər. Sonra onlar əks istiqamətdə getdilər, ekipajlar isə səliqəli bir örtüklə qorunan mis kabeli Atlantik okeanın dərinliyinə buraxdılar. Hər gəmidə 1500 ton (Verner Siemensin ixtirası olan) xüsusi örtüyə malik mis kabel var idi. Bu dəfə kabel davam gətirdi. USS "Niagara" gəmisi Nyufaundlendə, HMS "Agamemnon" isə İrlandiyaya, kabel stansiyalarının artıq hazır olduqları yerə döndülər.

Bu böyük bir hadisə idi. İlk transatlantik teleqraf Kraliça Viktoriyadan ABŞ prezidenti Byukhenenə gəldi. Londonun "Times" qəzeti bəşəriyyətin geniş imkanları haqqında yazırdı: "Atlantik okeanı torpaq oldu və biz, həqiqətən bir-birimizlə istədiyimiz məsələdə birləşə bilərik. Biz həqiqətən bir ölkə olacağıq".

Köhnə və Yeni Dünya ilə ilk əlaqə yalnız 15 gün davam etdi və göndərilən hərflər arasındakı 2 dəqiqə sürməsinin elə də əhəmiyyəti olmadı. Başlanğıc qoyulmuşdu, 1900-cü ildən bu yana demək olar ki, bütün dünya bu tellərə bükülmüşdü. Bu gün də bu belədir. Bir e-poçt göndərən, “Netflix”ə qoşulan və ya “Google”da bir şey axtaran hər kəs bunu sualtı kabellərin köməyi ilə edir.

Bütün internet trafikinin təxminən 97 faizi dənizin dibindən keçir. Modern data kabellər artıq xüsusi rezin örtüklü misdən hazırlanmır. İndi belə kabellərin daxilində saç kimi şüşə liflərdən, mis borudan, alüminium, polad kanat və süni liflərdən istifadə olunur. İndi də əvvəlki kimi, qalın bağ xortumu və ya “Coca-Cola” şüşəsi qalınlığında olan kabellər (dayaz yerlərdə əlavə örüklə qorunur) dəniz dibində müdafiəsiz qalıblar.


Ümumiyyətlə, dünyada çox az adam bu 350 kabellə maraqlanacaq, onlar sadəcə az nəzərə çarpırlar. İnternetin "bel sütunu" peyklər kimi cazibədar deyil, bu, dəniz dibində əbədi qaranlıqda yatır. Zaman-zaman köpək balığı kabelləri dişləyir, balıqçı torları və ya zəlzələlər nəticəsində kabellər zədələnir. Belə hallarda dərhal qəza yerinə xüsusi kabel gəmisi göndərilir və ani olaraq xəta aradan qaldırılır. Müasir data kabellər olmadan internet və beynəlxalq telefon zənglərini təsəvvür etmək mümkün deyil.


Dəniz kabeli əhəmiyyətlidir. 160 il əvvəl Sayrus Fild bu kabeli Atlantik okeanının dibinə buraxdıqdan sonra, Amerika Avropaya yaxınlaşdı. Dünya ilk transatlantik əlaqəyə görə, Amerika Birləşmiş Ştatlarının HDQ-nin sifarişi ilə Atlantik okeanın xəritəsini hazırlayan Metyu Fontayn Moriyə, Morze əlifbasının yaradıcısı, ixtiraçı Samuel Morzeyə və təbii ki, ideya və pul sahibi olan Sayrus Fildə borcludur. Müəllif Saymon Vinchester, özünün Atlantik okeanı mədəniyyəti tarixinə aid kitabında onları "uçan reaktiv təyyarədən Himalay və ya Alp üzərinə naqil atan kor insanlarla" müqayisə edirdi.

Ancaq bir başqa təhlükə də davamlı olaraq fasiləsiz ünsiyyəti təhdid edir. Bu yaxınlarda NATO baş katibi Yens Stoltenberq "Frankfurter Allgemeinen Sonntagszeitung" qəzetinə bildirib ki, Rusiya sualtı gəmiləri son zamanlar Avropa və Amerika Birləşmiş Ştatları arasındakı sualtı kabellərin yaxınlarında görünür. Transatlantik kabellər hələ də ən böyük məlumatların ötürülməsi və NATO ölkələri üçün həyati vacib olan kabellərdir.


ABŞ prezidenti Abraham Linkolnun 1865-ci ilin aprelində öldürüldüyünü Köhnə Dünya yalnız 12 gündən sonra öyrəndi - kabel yenə qırıldı. Teleqraf isə bu mesajı bir neçə dəqiqə və ya saniyə ərzində qitələrə göndərə bilərdi. 1858-ci ildə ilk transatlantik kabel ikinci iqtisadi mesajı - Cunard gəmiçilik şirkətinin Avropa və Ərəbistan gəmilərinin toqquşması haqqında məlumatı elan etdi.

Müasir, kompüterləşdirilən və qlobal kapitalizm cəmiyyəti dəniz kabelləri olmadan düşünülməzdir. Londondan Nyu-Yorka gələn kabel siqnalı peyk vasitəsilə ötürülən siqnaldan səkkiz dəfə daha yavaş sürətlə ötürülür. Bu çox yavaşdır. Sərmayə bazarlarında millisaniyələr qazanmaq və ya itirmək üçün bəs edir. Ekspert Duqlas Burnett hesab edir ki, hər gün kabel vasitəsilə bir trilyon dollara bərabər olan məlumat ötürülür.

Dəniz dibi modern kapitalizm üçün Petri qabına bənzəyir, kabellər isə onun geniş yayılan komponentidir. Rabitə şəbəkələri sıradan çıxdıqda, maliyyə dünyası fəaliyyətində nəinki dayanır, hətta donur.


"Bütün dünya iqtisadiyyatı sualtı kommunikasiya infrastrukturunun sabit istifadəsinə əsaslanır", - deyə tədqiqatların birində bəhs edilir.

Lakin kabelin yaşı haqqında heç kim danışmır.

Kabel olmadan nə qədər çox məlumat veririksə, kabellərdən bir o qədər asılı hala gəlirik. Bu bir paradoksdur: nə qədər kabelsiz çox məlumat yükləyiriksə, bir o qədər çox kabel tələb olunur. Tezliklə kabellərsiz bir dünyada yaşayacağımız barədə təsəvvür doğru deyil. Hər bir tosterin daim internetə qoşulan, böyük server təsərrüfatları üzərində paylanan buludlar, bizim yalnız torpağa basdırılan və ya suya buraxılan fiberoptik kabellərdən asılılığımızı artırır.

Əslində, hərbçilərin bir daha qərb cəmiyyətini kabellər haqqında düşünməyə məcbur etməsi tarixi məna daşıyır. Soyuq Müharibə texnologiyanı hava hadisələrinə qarşı davamlı etdi. 50-ci illərdən kabel stansiyaları böyük şəhərlərdə kişik şəhərlərə köçürüldü - San Fransiskodan San Luis Obispoya, Havay adalarındakı Honoluludan Oaxuya və s. Nüvə müharibəsinin məntiqi belə idi: xərclər bir qədər yüksək olsa belə, rahatlıq və diversifikasiya əsas “kozır” idi. Həmin vaxtlarda telekommunikasiya ilk növbədə dövlət müəssisələri məsələsi idi.

Bu halda kabel çəkilmə marşrutları dəyişmirdi, kabellər əsasən köhnə teleqraf xətlərinin marşrutları boyunca çəkilirdi. XIX əsrin ortalarında dəniz dibi haqqında demək olar ki, heç nə məlum deyil. Birinci teleqraf kabellər sualtı dağ silsilələrinin üstü ilə böyük paltarasılan iplər kimi asılırdı. Ümumilikdə Viktorya əsrində dəniz dibi ilə əlaqədar inanılmaz fikirlərə malik idilər. Bəzi elm adamlarının fikrincə, kabellər, gəmilər və heyvanlar dənizin dibinə enməzdilər, çünki su artan dərinliklə daha da sıxlaşır. Lakin dənizin dibindən təmir üçün qaldırılan örtüklü kabellər bunun belə olmadığını sübut etdi.


Dəniz dibi toxunulmaz olaraq qalır. Təhlükəsiz kabel döşəmə yolu tapsalar, bunun üzərində dayanarlar. Buradakı təhlükələr barədə məlumatlar informasiya şirkətlərindən nadir hallarda tələb olunur. ABŞ-ın şərq sahillərini 2012-ci ilin payızında öz cənginə alan Sendi qasırğası bəzi əhəmiyyətli kommunikasiya xətlərini sıradan çıxardı.

"Bu ciddi bir problem idi. Şimali Amerika ilə Avropanın ortaq şəbəkəsi bir neçə saatlıq fəaliyyətini dayandırdı", - deyə “Microsoft” şirkətinin qlobal şəbəkə meneceri Frank Rey xatırlayır.

O qeyd edir ki, qasırğa Nyu-York və ya Nyu-Cersi ərazilərində quruya çıxan transatlantik kabellərin konsolidasiyası ilə bağlı potensial bir problemi ortaya qoydu.

“Microsoft”, “Facebook” və “Telxius” telekommunikasiya şirkətləri ilə yanaşı, İspaniya və Virciniya arasında yeni marşrutda olan yeni kabelə birbaşa investisiyalar qoydu. “Marea” Atlantik okeanında ən güclü kabelidir. Bu aydan etibarən “Marea” saniyədə 160 terabayt ötürür, bu isə paralel olaraq izlənilən 71 milyon HD-videoya uyğun gəlir. Bu şəkildə, gələcəkdə, video çat və “Netflix” taraması da təmin ediləcək. Lakin bütün digər rəqəmsal kabellər kimi, “Marea”da açıq dənizdə orta hesabla 3600 metr dərinlikdə döşənib.

Şəxsi şirkətlər öz hesablamalarına görə kabellər qoyurlar, lakin bu firmalar onları qoruya bilərmi?


"Dövlət nəzarəti ləğv olunmazdan əvvəl sualtı kabellər daha etibarlı idi. Bir transatlantik istisna olmaqla, ABŞ bütün digər kabelləri 30 mil radius daxilində torpağın üstünə çıxır. Sakit okean xəttləri ilə də vəziyyət eynidir", - amerikalı kontr-admiral Maykl Metis bildirib.

NATO-nun narahatçılığına səbəb varmı? Həyat yolumuz bir fiberoptik ipdən asılıdırmı?

Nyu-York Universitetinin professoru Nikol Staroselski "Sualtı şəbəkə” kitabı üçün sualtı kabellərin sirlərini illərlə tədqiq edib. O, bu şəbəkənin necə kövrək olduğunu bilir.

"ABŞ hökumətinin (və ya digər hökumətlərin) fiziki olaraq bütün beynəlxalq telekommunikasiya əlaqələrini kəsmək çətin deyil", - deyə yazar bildirir.

Kontr-admiral Maykl Metis də bunu nəzərdən keçirir: “ABŞ Dəniz Qüvvələrində kabellərə böyük dərinliklərdə nəzarət edəcək heç bir sualtı qayıq yoxdur. Kabel şirkətləri tərəfindən istifadə olunan avtomatik sualtı vasitəsilər asanlıqla kəsilə biləcək bir kabeli təmir etmək üçün istifadə oluna bilməz. Qüvvətli NATO rəqəmsal kabellərə gəldikdə tamamilə çarəsizdir”.

Şəbəkə - sevdiyimiz zaman öldürücüsü çox həssasdır. Bəlkə, yanlış fikirlər tərtib edirik? Şəbəkəni dərrakə ilə təsəvvür edənlər, onu postmodernizm sayəsində daim genişlənən kök strukturu kimi görür. Çoxsaylı çarpaz əlqələr nəticəsində şəbəkələr dağılmağa qarşı dayanıqlıdır. Dəniz kabellərinə dair fikirlər bunun belə olmadığını göstərir.


İnternet Yerin topoqrafiyasının - dənizin dibinin, vulkan və zəlzələ zonalarının, eləcə də yayınması vacib olan gəmi yollarının və qlobal ittifaqlarının müəyyən edilən konkret fiziki struktura malikdir.

Yaradılan şəbəkə hər yerdə eyni deyil və möhkəm olduğu yerdə şübhə doğurur. Məsələn, Tayvan adası, Çin və Amerika Birləşmiş Ştatları kimi supergüclər arasındakı qarşıdurmanın əsas nöqtəsidir. Müharibə vəziyyətində Tayvan kabelləri Çin ordusunun əsas hədəfi olacaqdır. Adada bir kabel stansiyası vasitəsilə ABŞ və Sakit okean ölkələrinə, ikinci isə Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya bağlıdır. Təbii fəlakətlər bütün bunların necə kövrək olduğunu göstərir. 2006-cı ilin dekabr ayında Tayvanda zəlzələ olduğu zaman, 9 kabel zədələndi. 17 təmir gəmisi ancaq 49 gün sonra kabelləri bərpa edə bildi.

Kabel qırılmaları, Tayvan, Çin, Honkonq, Hindistan, Sinqapur, Yaponiya və Filippinin bankçılıq və kommunikasiyalarına ciddi mənfi təsir göstərib. Və bu planlanan bir akt nəticəsində deyil, istənməyən bir hərəkət, yəni təbii fəlakət nəticəsində baş verib. Uzaqda, dənizin dibində 10 kabel şpaqetti kimi parçalara bölünərsə nə olacaq? Tezliklə Tayvan iqtisadiyyatından heç nə qalmır.

Gələcək müharibə kabellər uğrunda müharibə olacaq

Rusiya sualtı gəmilərinin Qərbi gizlincə dinləməsi, haradasa “Netflix” və ya fond birjasında ticarəti dayandırması haqqında hesabat mediada çox qəribə effekt verir. Özü də bunun necə işlədiyini amerikalılar ruslara özləri göstərdilər.


1971-ci ildən, on ildir ki, Birləşmiş Ştatlar Oxot dənizində sovet hərbi dəniz donanmasının mühüm məlumat kabelinə qoşulmaqla məlumat alıb. Əməliyyat beynəlxalq hüquqa zidd idi və Sovet İttifaqının suveren ərazisində keçirilib. Bu hadisə Rusiya tərəfindən satın alınan MTA-nın analitiki sayəsində məlum oldu. Həmin analitik ABŞ-da 30 il həbsə məhkum edildi.

2013-ci ildə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden bütün dünyaya ingilis xüsusi xidmət orqanlarının Tempora proqramı ilə transatlantik kabellərə bağlanaraq müttəfiqləri də daxil bütün qəbul edilən və göndərilən məlumatları dinləməsi barədə əsaslı məlumat yaydı. Almaniya bu məsələdə ciddi narazılığını İngiltərəyə nota ilə bildirdi.

Qərbin rəqəmsal azadlığına qarşı hansı təhdid daha təhlükəlidir - xarici və ya daxili? Qərb xüsusi xidmət orqanları uzun müddətdir ki, bağlı olduqları kabellərdən məlumatlar alırlar. Lakin düşmənin bütün dünyanı birləşdirən ipləri kəsə bilməsi əslində çox qaranlıq bir ehtimaldır və bizim Ludditlərin son ümidləri də bir gün bu axmaq internetlə bütün dünyanın üzüləşəcəyindən ibarətdir.

Hərbi ekspert Ədalət Verdiyev
Araşdırma Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabel-müharibəsi   Dünya