"Bağdadi" sözünə uyğun 36 nəticə tapıldı!

"İŞİD liderinin məhvi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir" - Ərdoğan

2019/01/recep-1546493751.jpg
Oxunub: 541     09:15     28 Oktyabr 2019    
"İŞİD terror qruplaşmasının liderinin məhv edilməsi terrorizmə qarşı müttəfiqlərimizlə birgə apardığımız mübarizədə vacib bir dönüş nöqtəsidir".

Ordu.az Türkiyə KİV-lərinə istiandən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölü ələ keçməsinə dair açıqlamasından sonra “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Türkiyə bundan öncə olduğu kimi bundan sonra da terrorizmlə mübarizədə öz töhfəsini verməyə davam edəcək.

"İŞİD, PKK/YPG və digər terror təşkilatları ilə mübarizədə ən çox ziyan görən ölkə olaraq bu nəticəni məmnuniyyətlə qarşılayırıq. Terrora qarşı müttəfiqlik ruhuna uyğun, qətiyyətli bir müqavimət göstəriləcəyi təqdirdə bütün bəşəriyyətin əmin-amanlığa qovuşacağına qəlbdən inanıram", - deyə Türkiyə prezidenti bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Terror   Ərdoğan