"Bağdad" sözünə uyğun 119 nəticə tapıldı!

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi: “İran İraqdakı silahlılara raket verir”

2018/11/45645-1543574821.jpg
Oxunub: 536     14:46     30 Noyabr 2018    
“İran Yaxın Şərqdə olan müttəfiq qüvvələrə dəstək verməklə yanaşı, bu cür qruplara silah və xüsusilə də ballistik raketlər çatdırır”.

Ordu.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk söyləyib.

Hukun İranın fəaliyyəti ilə bağlı müzakirəsi Tehranın İraqdakı müttəfiq qüvvələrə dəstəyi ilə bağlı olub.

“Etibarlı məlumatlar göstərir ki, İran İraqda milis qruplarına ballistik raketlərin köçürülməsini həyata keçirir. Bu silahlılar sentyabr ayında ABŞ-ın Bağdad və Bəsrədəkı diplomatik qurumlarına təxribat xarakterli hücumlar edib”, - deyə o əlavə edib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: