"Azərbaycan-Ordusu" sözünə uyğun 1810 nəticə tapıldı!

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin fəaliyyətinə baxış keçirilib

2019/11/2e1e1-1573548801.jpg
Oxunub: 417     17:52     12 Noyabr 2019    
Ordu quruculuğu müntəzəm prosesdir və müxtəlif istiqamətlərin vəhdəti əsasında həyata keçirilir. Bu istiqamətlərdən biri də ideoloji işin təşkilidir. Ordunun gücünün döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlığın bir-birini tamamlaması müəyyənləşdirilir. İdeoloji iş şəxsi heyətin döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlığın səviyyəsini artırmaq baxımından olduqca gərəklidir. Məhz buna görə də ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin fəaliyyətinin səmərəliliyinin artırılması həmişə diqqət mərkəzində olub. Belə ki, ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər ənənəvi iş üsulu ilə yanaşı, yeni təşəbbüslər də istifadə etməklə daha səmərəli nəticələrə nail olmaq üçün yeni iş metodlarını tətbiq edirlər. Zabitlərin iş üsulunu öyrənmək, ümumiləşdirmək ordu quruculuğunun daha dinamik inkişafında mühüm vasitələrdəndir.

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissələrində və xüsusi təyinatlı təhsil müəssisələrində ideoloji iş və mənəvi-psixoloji təminata cavabdeh zabitlərin bütün ixtisaslar üzrə fəaliyyətlərinə baxış keçirilib, fəaliyyətlərə baxışın məqsədi şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, şəxsi heyət arasında yarış ruhunun, rəqabətin gücləndirilməsi və asudə vaxtın səmərəli təşkili olub. Baxış aşkarlama üçündür.


Aşkar olunanların öyrənilməsi və ümumiləşdirilərək ordu quruculuğuna tətbiq edilməsi həm də bu üsulla təmin olunur. Şəxsi heyət arasında yarış ruhu, bu ruha istinadən rəqabətaparma marağı, məsuliyyəti də tənzimləyir. Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən keçirilən baxışda yekun nəticələr müəyyənləşib. Yekun nəticələrə müvafiq olaraq "ən yaxşı yarış və müsabiqə keçirilən, qabaqcıl təcrübənin təbliği daha yaxşı təşkil edilən" hərbi hissə və müəssisələr müəyyən edilib. Baxışda fərqlənən polkovnik-leytenant Rauf Niyazov, polkovnik-leytenant Rüstəm Məmmədov və mayor Əli Əsgərov həvəsləndirilib.

Bu zabitlərin xidmət etdiyi hərbi hissələrdə zəngin materiallarla təchiz edilmiş ideoloji kabinetlər fəaliyyət göstərir ki, bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində müəyyən təsirə malikdir.

Təbliğat vasitələrinin seçilməsində, tərtib edilməsində və yayılmasında da nəzərəçarpacaq irəliləyişlər mövcuddur və bunlar gələcəkdə daha da təkmilləşdiriləcəkdir.

Həvəsləndirilən zabitlərin gələcəkdə fəaliyyətini yeni iş üsul və metodları ilə daha da təkmilləşdirəcəklərinə inanırıq.

"Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   İdeoloji-İş