Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində yaradılan Aprel döyüşlərinin detallarını araşdırma Komissiyasının sədri Andranik Koçaryan deyib.
O qeyd edib ki, komissiya materialların həcminə və çox sayda insan amilinə görə altı ay müddətinə işlərini uyğunlaşdıra bilmir.
“İndi qızğın fəaliyyət mərhələsidir və dayanmağa haqqımız yoxdur. Qanun bizə müddəti 6 aya uzatmağa imkan verir, biz 6 ay qeyd etmişik, ancaq bu o demək deyil ki, o qədər işləyəcəyik. Daha tez bitirəcəyimiz artıq bəllidir”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az