" Anti-dron " sözünə uyğun nəticə tapıldı!

"Anti-dron" - (421 )

“Past”: Ermənistanda hamı ya cinayətkardır, ya da xaindir

2020/02/sdf45-1582797571.jpg
Oxunub: 611     11:04     28 Fevral 2020    
“Nikol Paşinyanın müxtəlif çıxışlarını müqayisə edəndə belə təəssürat yaranır ki, Ermənistanda hamı ya cinayətkardır, ya anti-dövlət ünsürüdür, ya da xaindir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşrində dərc olunan məqalədə qeyd olunur.

Fevralın 26-da Paşinyan hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə hökumət binasında müşavirə keçirib və bildirib ki, Ermənistanda korrupsiyaya qarşı mübarizə yeni impuls və keyfiyyət almalıdır.

“Baş nazirlə razılaşmamaq mümkün deyil. Korrupsiyaya qarşı mübarizənin sadəcə alternativi yoxdur. Lakin “xain” sözü növbəti dəfə qulaq deşib və söz hüquq-mühafizə orqanlarının ən yuxarı halqalarında işləmiş bəzi insanlar mənasında səslənib.

Paşinyanın konkret olaraq “ən yuxarı halqalarda işləmiş” hansı vəzifəli şəxsləri nəzərdə tutduğunu söyləmək çətindir, lakin bu cür bəyanat özlüyündə olduqca təhlükəlidir”, - deyə məqalə müəllifi bildirib

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Müşavirə