" Ali-Baş-Komandan " sözünə uyğun nəticə tapıldı!

"Ali-Baş-Komandan" - (513 )

“Sarmat” raketi Rusiya raket bölmələrinin yeni nəsil hipersəs raketi ola bilər

2019/12/10771-1576491963.jpg
Oxunub: 865     15:15     16 Dekabr 2019    
Rusiyanın “Sarmat” ağır qitələrarası ballistik raketi mövcud döyüş başlıqlarından əlavə yeni nəsil hipersəs döyüş başlıqları da daşıya biləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Raket Qüvvələrinin komandanı general-polkovnik Sergey Karakayev məlumat verib.

Onun sözlərinə görə, raket bir çox xüsusiyyətlərinə görə əvvəlkilərdən çox fərqlənir.

“Məsələn, mövcud döyüş növlərinə əlavə olaraq “Sarmat”a çox sayda perspektivli, o cümlədən yeni nəsil hipersəs döyüş başlıqları quraşdırmaq mümkündür”, - deyə rusiyalı komandan bildirib.

RS-28 “Sarmat” ağır termonüvə qitələrarası ballistik raketi Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ildə təqdim etdiyi Rusiyanın strateji arsenalındakı yeni silahlardan biridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarmat   Rusiya