" ATƏT " sözünə uyğun nəticə tapıldı!

"ATƏT" - (1062 )

Martda 777 dəfə atəşkəs pozuntusu: Təxribat-diversiya cəhdləri davam edir

2019/01/18073-1548917500.jpg
Oxunub: 1129     10:13     31 Mart 2020    
Mart ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 777 dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində əsasən snayper tüfənglərindən və iriçaplı pulemyotlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Ayının başlanğıcından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozmağa davam edirdi.

Martın 5-də, saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozuldu.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralandı.

Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmadı.

Növbəti gün, Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayıldı.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir.

Bildirilirdi ki, martın 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxın­lığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

"Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub", - deyə DSX-dən yayılan açıqlamada qeyd olundu.

Nəticədə, saat 05:30 radələrində Ermənistanın şimal-şərq hissəsində yerləşən döyüş mövqelərindən birində təxribata cəhd edən Karo Ruben Simonyan zərərsizləşdirildi.

Lakin növbəti gün, saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əsgər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralandı, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmadı.

Bütün bunlara baxmayaraq, düşmən təxribatlarını səngitmir, hərəkətdə olan vasitələrimizi iriçaplı silahlardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında intensiv atəşə tuturdu.

Ayın 8-də, saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax ra­yo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­du.

Düşmən təxribatının qarşısı alındı, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş möv­qeləri cavab atəşi ilə susduruldu.

İki gün sonra düşmən, saat 15:30 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən "N" saylı hərbi hissəsinin döyüş mövqeyində təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu Zöhrab Qriqori Sianosyanın (1994-cü il təvəllüdlü, Ararat hərbi komissarlığı) sinə nahiyəsindən güllə yarası alaraq öldüyünü açıqladı.

Nəticədə, martın 12-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozdu.

Əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qaldı.

Bununla yanaşı, düşmən dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində də təx­ribatları davam etdirirdi.

Martın 13-də, saat 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutuldu.

Düşmən təxribatının qarşısı alındı, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susduruldu.

Qısa bir fasilədən sonra, martın 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərdi.

Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edildi. Düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qaldı.

Martın 27-də, 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonunun Baqanis kəndi yaxınlığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­du.

Düşmən təxribatının qarşısı alındı, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susduruldu.

Nəticədə, Tavuş vilayətindəki döyüş mövqeyindən təxribata cəhd edən bir müqaviləli erməni hərbi qulluqçu yaralandı.

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan da təsdiqlədi.

Dünən isə 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutuldu

Nəticədə, düşmən təxribatının qarşısı alındı, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susduruldu, təxribata cəhd edən 4 müqaviləli düşmən hərbçisi yaralandı.

Noyemberyan tibb mərkəzinin növbətçi həkimi Naira Taryanın sözlərinə görə, hərbçilərdən birinin vəziyyəti ağırdır, o, göz nahiyəsindən yaralanıb. Digər 2 hərbçi isə qol və ayaq nahiyəsindən yaralanıb.

Daha bir erməni hərbi qulluqçunun yaralanması barədə məlumat isə sosial şəbəkələrin erməni dilli seqmentində yayılıb.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, mövqelərimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Ümumiyyətlə, ay ərzində bütün istiqamətlər üzrə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Qarabağ   Sərhəd   Qazax   Atəşkəs