"Aşotyan" sözünə uyğun 61 nəticə tapıldı!

Ermənistanın Vaşinqton görüşü ilə bağlı gözləntiləri puç oldu – Aşotyan sadalayır

2019/06/Ashot-1561103803.jpg
Oxunub: 1145     11:55     21 İyun 2019    
“Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qaytarılmasına dair hər hansı söhbət yoxdur”.

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın “Respublikaçılar” partiyasının sədr müavini, parlamentin sabiq deputatı, xarici əlaqələr üzrə daimi komissiyasının sabiq sədri Armen Aşotyan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşünü yekunlaşdıran ATƏT-in Misk qrupu həmsədrlərinin mətbuat bəyanatlarından bəzi məsələlər ortaya çıxır.

“Vyana-Sankt-Peterburq-Cenevrə razılaşmalarının yerinə yetirilməsi zərurəti yenidən diqqətə çatdırılmayıb.

Görüş zamanı həmsədrlər tərəfindən daha öncə təklif olunan təhlükəsizlik təşəbbüslərinin məzmunu bizim üçün naməlum qalıb.

Tərəflər ilk dəfə cəbhə xətti boyu ərazilərdə mühəndis işlərinin dayandırılması üçün çağırış etdilər. Hesab edirəm, bu çağırış gecikib. Çünki Azərbaycan Düşənbə razılaşmasından istifadə edib.

Birbaşa əlaqənin layiqincə istifadəsinin əhəmiyyəti barədə xatırlatma onu göstərir ki, Düşənbədə əldə edilmiş bu razılaşma, bu müddət ərzində təbliğat kimi istifadə edilib və öz məqsədinə xidmət etməyib.

Həmsədrlər yenə də Azərbaycan tərəfindən dövriyyəyə buraxılmış əhəmiyyətli danışıqlar (substantiv danışıqlar) ifadəsini təkrar edirlər.

Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qaytarılmasına dair hər hansı söhbət yoxdur.

Yenə də nizamlanma prinsipləri haqqında hər hansı xatırlatma yoxdur”, - deyə Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Vaşinqton-görüşü