"AİƏT" sözünə uyğun 91 nəticə tapıldı!

Paşinyan siyasi ambisiyalarını reallaşdırmaq üçün əsas vasitəsini – izdihamı işə salır

2019/08/image-1566471582.jpg
Oxunub: 580     20:01     19 Sentyabr 2019    
“Paşinyanın siyasi tərcümeyi-halına bu baxımdan baxsaq, çox maraqlı bir mənzərə yaranır, ona görə ki, müxalif Paşinyanın fərqli bir adam, baş nazir Paşinyanın isə artıq tamamilə fərqli bir insan olduğu görünür”.

Ordu.az xəbər verir ki, bu Ermənistanın “Past” qəzetində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə qeyd olunub ki, tarix hər bir siyasətçiyə, hər birinin mövqelərində nə dərəcədə prinsipial olduqlarına və məqsədlərini reallaşdırmağı nə dərəcədə bacardığına qiymət verir.

“Hamımız müxalifətçi Paşinyanın keçmiş hakimiyyəti kürsüdən “Aprel döyüşlərinn Azərbaycanı AİƏT qurumuna üzv edilməsi üçün lazım olduğuna” dair həddindən artıq ruspərəstliklə bağlı necə tənqid etdiyini və aprel döyüşlərini başlatmaqda Rusiyanı günahlandırdığını xatırlayırıq. İndi Paşinyan artıq hakimiyyətə gəlib, əvvəllər verdiyi açıqlamaları tamamilə unudub, erməni-rus dostluğu haqqında danışmağa başlayıb və AİƏT-in bizim üçün əhəmiyyətini vurğulamaqdadır. Üstəlik, Paşinyan keçmiş hakimiyyəti günahlandırdığı Rusiya prezidentini məmnun etmək fürsətini əldən vermir”, - deyə qəzetdə qeyd edilib.

Qəzet yazıb ki, Paşinyan həm də “Dem em” mitinqində iştirak edərək və alovlu çıxışlar edərək məcburi toplama sistemin əleyhinə idi, amma baş nazir olanda, özünün dediyi kimi “bir gecədə” qeyd edilən məsələdəki mövqeyini dəyişdirdi və taleyin qisməti ilə məhz toplama sistemini tam tətbiq etmək ona qismət oldu.

“Yollarda quraşdırılmış sürət həddini ölçən cihazlar və kameralar məsələsi də Paşinyanın ən çox sevdiyi mövzu idi. O, kameralar və sürət ölçü cihazları tərəfindən qeydə alınan cərimələrin xalqı qarət etdiyini göstərmək üçün heç bir fürsəti əldən vermirdi. Ötən ilin aprelində Paşinyan və tərəfdarları sürət kameralarının görüntüsünü bağlayır və bu barədə şeirlər də yazırdılar, amma baş nazir olduqdan sonra mövqeyini dəyişdi. Daha sonra o, yol qəzalarının qarşısını almaq üçün sürət ölçü cihazları və kameraların mövcudluğunu əsaslandırmağa başladı”, - deyə məqalədə qeyd edilib.

Qəzet qeyd edib ki, müxalifətçi Paşinyan və baş nazir Paşinyanın diametrik ziddiyyətli mövqelərinin siyahısını uzatmaq olar.

“Bu vəziyyəti nəzərə alaraq hazırkı baş nazir Paşinyanın, sabahkı baş nazir Paşinyana tamamilə qarşı çıxa biləcəyi istisna edilmir. Məsələn, hazırkı Paşinyan Amulsar mədəninin işlənməsinin vacibliyini və faydalarını əsaslandırır, lakin sabahkı Paşinyan mədənin istismarına qarşı etiraz dalğasını görərək, artıq mədənin istismarının qəbuledilməzliyini və ətraf mühitə vurduğu ziyanı əsaslandıra bilər. Paşinyanın bütün siyasi trayektoriyasına nəzər salsaq görərik ki, onun yalnız bir prinsipi var, bu onun qeyri-prinsipial olmasından ibarətdir. Paşinyan siyasi ambisiyalarını həyata keçirmək üçün əsas vasitəsindən – izdihamdan istifadə etməyə başlayır.

Şarl de Qollun da qeyd etdiyi kimi, siyasətçi nəyəsə sahib olmaq üçün qulluqçu, kölə rolunda görünür”, - deyə qəzet yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: