"" sözünə uyğun 13755 nəticə tapıldı!

ABŞ-ın kosmik qüvvələrinin hücum xarakterli olacağını bildirib

2019/10/donal-1571115633.jpg
Oxunub: 343     09:40     14 Dekabr 2019    
ABŞ-ın kosmik komandanlığı yalnız müdafiə deyil, həm də hücum imkanları sahəsində inkişaf edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp bildirib.

O qeyd edib ki, kosmik qüvvələr ABŞ-ın müdafiəsinin və hücum imkanlarının çox əhəmiyyətli komponenti olacaq.

"Bu, bizim ölkəmiz üçün çox əhəmiyyətli olacaq", - deyə Ağ Evdə Paraqvay prezidenti Mario Abdo Beniteslə görüş ərəfəsində Tramp bildirib.

Qeyd edək ki, avqustda Tramp ABŞ-ın kosmik komandanlığının rəsmi işinın başlandığını elan edib. ABŞ lideri kosmosu hərbi hərəkətlərin növbəti ərazisi adlandırıb. Tramp general Con Reymondu Birləşmiş Ştatların Kosmik Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.

Birləşmiş Ştatların rəhbəri daha əvvəl ABŞ-ın Kosmik Qüvvələrinin yaradılmasına dair memorandum imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosmik-qüvvələr