"Ağdərə" sözünə uyğun 196 nəticə tapıldı!

Xidmətdən bezən erməni əsgər iynə udub

2019/01/15041-1548061308.jpg
Oxunub: 408     13:43     21 Yanvar 2019    
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun ən böyük problemi yenə də ermənistanlılarla, qarabağlı ermənilər arasında olan münasibətlərdir.

Ordu.az xəbər verir ki, bu günlərdə Zorakar yaşayış məntəqəsinin sakini Qarnik Kşmiryan sosial şəbəkədə qarabağlıların gecələr mütəmadi olaraq Ermənistanlılara əziyyət verdikləri barədə yazılar yayıb.

Q.Kşmiryan bu barədə ona Ağdərədə xidmət edən yaxın qohumu Rafael Babayanın danışdığını və hətta xidmət yoldaşlarından birinin təhqirlərə, təqiblərə dözməyərək iynə udduğunu bildirib.

Q. Kşmiryan yazdığına görə acınacaqlı hal ondar ibarətdir ki, ermənistanlı hərbçilərlə qarbağlılar arasınada mövcud olan gərgin münasibətlər və baş verən cinayət faktları araşdırılmır, əksinə hər vəclə gizlədilməyə çalışılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ