"Şişkin" sözünə uyğun 12 nəticə tapıldı!

Məmmədyarovdan vatikanlı katibə: "Qarabağda demoqrafik tərkib məqsədyönlü şəkildə dəyişdirilir"

2018/02/Elmaar-Memov41_1505305788145645_1518430502.jpg
Oxunub: 1953     18:11     12 Fevral 2018    
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard Qalaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tərəflər Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər. 24-27 sentyabr 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci ilin may ayının 22-də və Papa Fransiskin 2016-cı il oktyabr ayının 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olunub.


Görüş əsnasında nazir E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Habelə, Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunan nazir bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.


Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırıb. Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Vatikan   Qarabağ