"İsrail" sözünə uyğun 1288 nəticə tapıldı!

Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"

2019/06/5bbca-1560591983.jpg
Oxunub: 9358     13:44     15 İyun 2019    
"Bizim Türkiyə və ya Azərbaycanla əlaqələrimiz Ermənistana xoş gəlməyə bilər, lakin biz bu ölkələrlə işləməyə bilmərik".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiyanın Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski erməni KİV-lərinə müsahibəsində deyib.

Saytın "Rusiya münətəzəm şəkildə Azərbaycan və Türkiyə ilə isti əlaqələr qurur. Bu isə Ermənistanla olan əlaqələri oyun kartına çevirir. Bu kimi oyunları necə əlaqələndirirsiniz? Düşünürsünüz ki, strateji tərəfdaşınıza qarşı münasibətiniz dürüstdür?" sulına Jirinovski belə cavab verib:

"Rusiya super gücdür, bizim planetin hər yerində maraqlarımız var. Yer kürəsinin hər yerində qonşu ölkələr bir-biri ilə mübahisə edirlər və ya münaqişə vəziyyətindədirlər. Buna görə də, Rusiya hər kəslə əməkdaşlıq edir. Bu isə bəzilərinə xoş gəlmir. Biz İsrail ilə yaxşı əlaqələr saxlayırıq, lakin bu, İranın xoşuna gəlmir. İran da bizdən silah alır, bu isə İsrailin xoşuna gəlmir. Ermənilərin uzun müddətli mübahisələri var. Lenin o zaman öz siyasətini ortaya qoymağa məcbur idi. Biz tərəflərdən hər hansısa birini seçə bilmərik və Ermənistanla Azərbaycan arasındakı əlaqələri dondurmaqla qarşılıqlı anlaşma tapmaq hədsiz dərəcədə çətindir. Əlbətdə, bizim Türkiyə və ya Azərbaycanla əlaqə qurmağımız Ermənistana xoş gəlməyə bilər, ancaq biz bu ölkələrlə işləməyə bilmərik".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Jirnovski   Türkiyə-Azərbaycan   Rusiya