"İspaniya" sözünə uyğun 141 nəticə tapıldı!

Çin donanmasını hansı sürətlə modernizasiya edir?

2019/02/55db7-1550583865.jpg
Oxunub: 1126     19:22     19 Fevral 2019    
Pekin öz Hərbi Dəniz Qüvvələrini modernizasiya etmək məqsədilə ciddi səylərin altına girir. 2012-ci ildə 18-ci Partiya Konqresində dövrün prezidenti Hu Cintao Çini öz dəniz maraqları və hüquqlarını qoruyacaq dəniz gücünə malik bir ölkə olmağa çağırdı.

Bu mövqe 2015-ci il müdafiə ağ sənədilə bir qədər də möhkəmləndirildi. Həmin sənəddə qurunun dəniz üzərində üstünlüyə malik olduğu ənənəvi təfəkkürdən qaçmaq lazım olduğu göstərilirdi. Eyni zamanda dəniz, okeanların idarə edilməsinə, dəniz hüquq və maraqlarının müdafiəsinə böyük əhəmiyyət verildi. Bu mesaj 2018-ci ilin aprelində hazırkı prezident Si Tsinpinq tərəfindən yenidən ötürüldü. Onda o bildirdi ki, bu gün güclü bir donanmanın inşası tapşırığı heç vaxt olmadığı qədər təcilidir.

Strategiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin Çinin Güc Layihəsi adlı araşdırmasında Çin Xalq Azadlıq Ordusu Donanmasının (XAOD) genişlənməsi onun gəmiqayırma qabiliyyətlərinin genişlənməsi və modernizasiyasının digər metrik tərəflərini əhatə edib.

XAOD-un modernizasiyası filotiliyanın ölçüsü və imkanlarının böyüməsi ilə nəticələndi. Bildirilir ki, 1996-cı ildə Çinin səth filotiliyası 57 esmines və freqatdan ibarət idi, amma bunların sadəcə üçü qısa mənzilli yer-hava raketləri daşıyırdı. Bu o deməkdir ki, həmin filotiliya az qala müasir gəmi əleyhinə qanadlı raketlərə qarşı müdafiəsiz idi. Onun 80 ədəd hücum sualtı qayığının dörddə-üçü Sovet istehsalı “Romeo” sinfinə aid idi və onlar 1950-ci illərdə istifadəyə verilib.

Geridə qalan bir neçə onillikdə Çin donanması sürətlə genişləndi. 2018-ci il etibarilə Çin donanmasının inventarındakı gəmi 300-ü keçdi və bununla da 287 gəmi olan ABŞ donanmasını geridə qoydu. Müqayisə üçün deyək ki, Britaniya Kral Donanması 75, Kral Avstraliya Donanması isə 48 gəmi var.

Təkcə 2014-2018-ci illərdə Çinin inventarına daxil etdiyi sualtı qayıqlar, döyüş gəmiləri, amfibik və köməkçi gəmilərin sayı Almaniya, Hindistan, İspaniya və Birləşmiş Krallığın hər birinin ayrı-ayrılıqda donanmasında olan eyni tipli gəmilərin sayından daha çoxdur. Çin tərəfindən 2016-cı ildə 18, 2017-ci ildə isə 14 gəmi istifadəyə verilərkən, bu rəqəm ABŞ donanmasında 5 və 8 olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HDD