" İrlandiya " sözünə uyğun nəticə tapıldı!

"İrlandiya" - (32 )

BMT-nin Livandakı missiyasına daha 106 irland əsgər qoşulacaq

2018/09/15486465465465_1536136864.jpg
Oxunub: 932     16:37     05 Sentyabr 2018    
İrlandiya Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinə əlavə 106 əsgər göndərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İrlandiya Müdafiə naziri Paul Kehoe bildirib.

Onun sözlərinə görə, bu əsgərlər bu ilin noyabrından Livana gedəcək və 12 ay ərzində orada qulluq edəcəklər.

İrland əsgərlər Livandakı İrland/Finland batalyonundan bu ilin sonunda geri qayıtmağa hazırlaşan finlandiyalı əsgərləri əvəzləyəcəklər. Hazırda missiyanın Finland-İrland batalyonundan 330-dan çox əsgər qulluq edir.

Qeyd edək ki, İrlandiya Livanın cənubunda BMT missiyasının fəaliyyətə başlamasından keçən 40 il ərzində daim burada hərbi qüvvə saxlayıb və bu vaxta qədər ümumilikdə 47 irlandiyalı əsgər bu missiya nəticəsində həyatını itirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya   BMT   Livan