" İntihar " sözünə uyğun nəticə tapıldı!

"İntihar" - (360 )

18 yaşlı erməni əsgər mütəmadi olaraq əsgər yoldaşına söyüşlər söyüb və onu intihar həddinə çatdırıb - ƏTRAFLI

2020/02/Untit-1582109791.jpg
Oxunub: 1190     16:35     22 Fevral 2020    
Ermənistan Cinayət Apelyasiya Məhkəməsində P.Qevork adlı hərbi qulluqçunun cinayət işi üzrə verilən Apellyasiya məhkəməsinin istintaqını başa çatdırıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, apellyasiya şikayətinə Sünik məhkəməsində hakim Qnel Qasparyanın sədrliyi ilə baxılıb.

Müttəhimlər kürsüsündə P.Qevorkdan başqa, daha 3 nəfər - onun əsgər yoldaşları da var. Ancaq onlar barəsində Apellyasiya şikayəti verilməyib. Cinayət əməlləri baş verdiyi dövrdə P.Qevork 18 yaşlı hərbi qulluqçu olub.

İttihama əsasən, işğal altındakı Ağdərədə anadan olan, müddətli xidmət hərbi qulluqçusu P.Qevork aralarında tabeçilik münasibətləri olmadan 2017-ci ilin oktyabr ayının 20-dək davam edən müddət ərzində qarşılıqlı münasibət qaydalarının nizamnamə tələblərini kobud sürətdə pozub. O, bu yolla özü barədə avtoritet və üstünlük əlamətlərini təqsdiqləmək üçün davamlı olaraq əsgər yoldaşı, əsgər A.Hraça qarşı alçaldıcı hərəkətlərə yol verib və onu daim döyüb. Digər əsgərlərin iştirakında Hraç adlı hərbi qulluqçuya qarşı guya zarafatla təhqiredici hərəkətlər edib.

Bundan başqa elə oktyabr ayında hərbi hissənin əşya anbarı yanında A.Hraçın qumbaraları çiynindən asdığına görə P.Qevork onu döyərək yumruqla döş qəfəsinə və dizi ilə qarın nahiyyəsinə zərbələr endirib.

Bundan əlavə əmlak daşıyarkən divarı zədələdiyinə görə Qevork onu təhqir etmiş və yan tərəflərinə zərbələr endirib. Dəfələrlə müxtəlif bədən nahiyyələrinə zərbə endirməklə qaçıb.

Hərbi hissənin silah otağında lağ edərək 2 dəfə boyun nahiyyəsinə zərbə endirib, daha sonra kazarmada çarpayıya dirənərək təpiklə döş qəfəsinə zərbə endirib, onun yıxılmasına və yüngül xəsarət almasına səbəb olub.

Bu qeyd edilənlərdən başqa 2017-ci ilin 20 oktyabr tarixində saat 17 radələrində hərbi hissənin atəş zolağında qrup şəklində silah təmizləmə işləri apararkən P.Qevork əsgər A.Hraçı ictimai şəkildə alçaltmaq məqsədilə əsgər yoldaşlarının yanında təhqir edib. Bundan təccüblənən Hraç silahı Qevorka tuşlayaraq, atəş edəcəyinə xəbərdar edib. Ancaq atəş açmayıb. Qevork yenə də onun ünvanına təhqirlər etməkdə davam edib.

P.Qevork tərəfindən tətbiq edilən davamlı təhqiredici hərəkətlər nəticəsində əsgər Hraç psixoloji təsir altına düşüb. Bir neçə dəqiqə sonra saat 17:20 radələrində özünə təhkim edilən avtomat silahdan elə həmin ərazidə alın nahiyyəsinə açdığı atəş nəticəsində yaralanıb və hospitala təxliyyə edilərkən yolda ölüb.

Başqa bir epizod üzrə isə yataq otağından çıxarkən P.Qevork üçün rəis hesab olunan həmin bölüyün manqa komandiri çavuş Q.Armeni heç bir səbəb olmadan təhqir etməkdə, daha sonra əsgər yoldaşları Artsrun və Haykla birlikdə çavuş Armeni döyməkdə ittiham edilir.

Daha bir neçə əsgərə qarşı təhqir və zorakılıq əməllərinə yol verməkdə ittiham edilir.

P.Qevorka qarşı Ermənistan Cinayət Məcəlləsinin 5 maddəsi üzrə ittiham irəli sürülüb.

Təqsirləndirilən P.Qevork və digər 3 müttəhim özlərini irəli sürülən ittihamlar üzrə günahkar bilib və işin istintaqını sürətləndirməyi xahiş ediblər.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə P.Qevorku cinayət məcəlləsinin 110, 358, 359/2, 360, 359/1 maddələri üzrə təqsirli bilib və cəzalarının yekun müddəti olaraq 6 il müddətinə azadlıqdan mərhum edilməsinə qərar verib. O, məhkəmə zalında həbs edilib.

İttihamçı tərəf hökmdən apellyasiya şikayəti verib. Apellyasiya məhkəmələrinin iclasında iştirak etməyən təqsirli şəxs iclasları onun iştirakı olmadan aparılmasını xahiş edib.

Məhkəmə iclasında ittihamçı prokuror apellyasiya şikayətini əsaslandırıb. İttihamçı prokuror hökmün dəyişdirilməsi və 9 il müddətinə azadlıqdan mərhum edilməsinə dair qərar verilməsini xahiş edib.

Ölən hərbi qulluqçunun atası isə cəzanın müddətinin artırılıb, artırılmadığının heç bir önəm daşımadığını bildirib. Atası qeyd edib ki, 5 və ya 9 il həbs verilməsi onun ölən oğlunun geri qaytarılmasında heç bir rol oynamayacaq. Eyni zamanda qeyd edib ki, oğlunun intihar etməsi versiyasına da inanmır.

O, oğlunun qatilinin gözlərinin içinə baxmaq üçün apellyasiya şikayəti vediyini qeyd etsə də, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında iştirak etməməsindən məyus olduğunu qeyd edib.

Ölən hərbi qulluqçu Hraçın atası, qatilin valideynləri tərəfindən heç olmasa zəng edilib üzr istənmədiyinə görə də təəssüf edib.

P.Qevorkla bağlı 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, təqsirləndirilən şəxs yekin olaraq, 7 il müddətinə azadlıqdan mərhum edilib. 1 il həbsdə olduğu müddət nəzərə alınaraq, son cəza müddəti 6 il müəyyən edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dedovşina   Zorakılıq