" İçməli-su " sözünə uyğun nəticə tapıldı!

"İçməli-su" - (28 )

Ağ Evin gizlətməyə çalışdığı böhran: Ordunun içməli su problemi

2018/06/234234_1529675455.jpg
Oxunub: 3674     21:49     22 İyun 2018    
Tramp administrasiyası qorxur ki, o, ictimaiyyətlə əlaqələr kabusuna çevrilə bilər: Böyük federal araşdırmada ABŞ-da xüsusilə hərbi bazalara yaxın yerlərdə axan yeraltı suların hökumətin bildiyindən də zəhərli olduğunu üzə çıxıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırmanı Zəhərli Maddələr və Xəstəliklərin Qeydiyyatı Agentliyi (ZMXQA) hazırlayıb.

Araşdırmanın nəticəsi aydın olduqdan sonra isə Donald Trampın siyasi müşavirləri və Ətraf Mühiti Mühafizə Agentliyi ZMXQA-ya bu araşdırmanın nəticəsini yaymaq üzrə təzyiq edib.

“İctimaiyyət, media və Konqresin bu rəqəmlərə reaksiyası çox böyük olacaq”, - deyə Ağ Evin adı çəkilməyən əməkdaşı deyib.

Bu kimyəvi maddələr milyonlarla amerikalını riskə atır, lakin əsas risk daşıyanlar isə hərbi qulluqçulardır. Çünki bu maddələri əsasən yanğınsöndürmə köpüklərində, hərbi bazalardakı təlimlərdə istifadə edildiyi bildirilir. Bu maddələr 1970-ci ildən etibarən istifadə olunduğunda artıq hərbi bazalar yaxınlığındakı yeraltı sulara qarışıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Su-böhranı