“Güclü Ermənistan” alyansının deputatlığa namizədi hüquqi prosedurlara başlanacağını açıqlayıb

2026/06/1781034659.jpg
Oxunub: 160     23:44     09 İyun 2026    
“Güclü Ermənistan” alyansının deputatlığa namizədi Aram Vardevanyan hakimiyyətin seçki prosesi zamanı atdığı addımlarla bağlı hüquqi prosedurlara başlanacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.

Vardevanyan iddia edib ki, seçkiqabağı təşviqat dövründə seçicilərin iradəsinə təsir göstərmək məqsədilə nifrət nitqindən istifadə olunub.

Onun sözlərinə görə, inzibati resurslardan geniş şəkildə yararlanılıb, siyasi rəqiblərə qarşı repressiyalar həyata keçirilib və namizədlərdən tutmuş etibarlı nümayəndələrədək bir çox şəxsə təzyiqlər göstərilib.

Vardevanyan bildirib ki, səsvermə günü də təşkilati məsələlərdən səslərin hesablanmasına və protokolların tərtibinə qədər çoxsaylı pozuntular qeydə alınıb.

“Bunlar 2026-cı il iyunun 7-də keçirilən seçkilər zamanı hakimiyyətin atdığı addımlardır. Bu məsələlərin bir qismi ilə bağlı artıq uzun müddətdir İnzibati Məhkəmənin qərarları mövcuddur. Digər məsələlərlə bağlı isə səslərin yenidən hesablanması tələbləri və Mərkəzi Seçki Komissiyasına müraciətlər təqdim olunacaq”, - deyə Vardevanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardevanyan  


Bizi "telegram"da izləyin