"Bloomberg": Hindistan "Starlink" üçün icazələrin verilməsini dayandırıb

2026/03/thumb-1773473845.jpg
Oxunub: 213     21:43     09 İyun 2026    
Hindistan hakimiyyəti milli təhlükəsizliklə bağlı narahatlıqlara görə "Starlink" peyk internet servisindən istifadə üçün icazələrin verilməsini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Hindistan hakimiyyətinin narahatlığına "SpaceX" şirkətinin peyk terminallarından ABŞ və İsrailin İrana zərbələri ilə bağlı münaqişə şəraitində istifadə edilməsi səbəb olub. Nyu-Dehlidə geosiyasi gərginlik dövründə ABŞ operatoru üzərində nəzarət imkanlarının məhdudlaşa biləcəyi ilə bağlı narahatdırlar.

Mənbələrin məlumatına görə, Hindistanın Daxili İşlər Nazirliyi yanında təhlükəsizlik xidmətləri ölkədə "Starlink" servisinin işə salınması üçün tələb olunan yekun icazələri hələ verməyib.

Bundan əlavə, peyk spektrindən istifadə üzrə qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərə baxılması dayandırılıb. Bu prosedur həm "Starlink", həm də onun hindistanlı rəqiblərinin peyk internet sistemlərinin kommersiya məqsədilə işə salınması üçün zəruridir.

"Bloomberg"in məlumatına görə, Hindistanın Telekommunikasiya Departamenti artıq müvafiq qaydaları hazırlayıb, lakin sənəd hələlik federal nazirlər kabinetinin təsdiqinə təqdim edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Starlink  


Bizi "telegram"da izləyin