Tramp ABŞ helikopterinə hücuma cavab veriləcəyini açıqlayıb

2026/05/1779712104.jpg
Oxunub: 236     21:07     09 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus helikopterə edilən hücuma cavab veriləcəyi ilə hədələyib.

Ordu.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri ona ötən gecə İran tərəfinin Hörmüz boğazı ərazisində patrul xidməti həyata keçirən yüksək texnologiyalı AH-64 “Apache” helikopterlərindən birini vurduğu barədə məlumat verib.

ABŞ Prezidenti qeyd edib ki, helikopterin göyərtəsində iki pilot olub və onların hər ikisi sağ qalıb, xəsarət almayıb.

“Silahlı Qüvvələrimiz mənə bildirdi ki, iranlılar ötən gecə Hörmüz boğazı ərazisində patrul xidməti həyata keçirən yüksək texnologiyalı “Apache” helikopterlərimizdən birini vurublar. Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizdir və xəsarət almayıb. Bununla belə, ABŞ zərurət yaranarsa, bu hücuma cavab verməlidir”, - deyə Tramp yazıb.

Məlumata görə, bundan əvvəl “The New York Times” qəzeti mənbələrə istinadən ABŞ-yə məxsus AH-64 “Apache” hücum helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığını yazmışdı.

Həmin vaxt insidentin səbəbləri barədə rəsmi məlumat verilməmişdi. Trampın son açıqlaması isə helikopterin İran tərəfindən vurulduğunu iddia edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin