Bosniya və Herseqovina ukraynalı uşaqların qaytarılması üzrə koalisiyaya qoşulur

2023/04/c6869-1680547295.jpg
Oxunub: 184     20:46     09 İyun 2026    
Bosniya və Herseqovina ukraynalı uşaqların qaytarılması üzrə beynəlxalq koalisiyaya qoşulmaq niyyətini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə hesabında açıqlayıb.

"Bosniya və Herseqovina və xarici işlər naziri (Elmedin - red.) Dino Konakoviçə ukraynalı uşaqların qaytarılması üzrə beynəlxalq koalisiyaya qoşulmaq niyyətini təsdiqlədiklərinə görə təşəkkür edirəm. Bu, koalisiya iştirakçılarının ümumi sayını 50-yə çatdırmağa imkan verəcək", - o yazıb.

Sibiqa qeyd edib ki, bu addım Bosniya və Herseqovinanın uşaq hüquqlarının müdafiəsinə, beynəlxalq hüquq normalarına riayət edilməsinə və Ukraynanın səylərinin dəstəklənməsinə sadiqliyini göstərir.

O, həmçinin vurğulayıb ki, hər bir yeni iştirakçı bu istiqamətdə beynəlxalq qarşılıqlı fəaliyyət imkanlarını gücləndirir: "Ölkəmiz ukraynalı uşaqların deportasiyası, qanunsuz övladlığa götürülməsi və militarizasiyasında əli olan hər kəsin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün beynəlxalq tərəfdaşlarla işini davam etdirəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya   Herseqovina   Ukrayna  


Bizi "telegram"da izləyin