Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Roman Yeritsyan məlumat yayıb.
Onun sözlərinə görə, məhkəmə müvafiq qərar qəbul edərək Ermənistan Müdafiə Nazirliyinin həmin şəxslərin mənzillərdən çıxarılması ilə bağlı addımlarını dayandırıb.
Xatırladaq ki, Roman Yeritsyan daha əvvəl bildirmişdi ki, vaxtilə Ermənistanda əvəzsiz əmlak əldə etmiş, Qarabağda qulluq etmiş bütün yüksək rütbəli erməni hərbçilərə mənzilləri boşaltmaları barədə bildiriş göndərilib.
Alpər Mövludoğlu
Ordu.az