Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb

2026/06/1781020936.jpg
Oxunub: 175     19:17     09 İyun 2026    
ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə, Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib.

Ordu.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", - məlumatda bildirilib.

Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.

Xatlırladaq ki, martın 10-da Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont Tehrandakı səfirliyin müvəqqəti olaraq Azərbaycanda fəaliyyət göstərəcəyini açıqlayıb. Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq isə aprelin 29-da Tehrandakı səfirliyin fəaliyyətini Bakıda davam etdirdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   İran  


Bizi "telegram"da izləyin