MAK87 “Edition Tactical West” hücum gödəkçəsi “Prohunt” sərgisində diqqət çəkib - VİDEO
Oxunub: 289
20:00
09 İyun 2026
MAK87 “Tactical Point” şirkətinin hazırladığı yeni nəsil MAK87 “Edition Tactical West” hücum gödəkçəsi İstanbulda keçirilən “Prohunt” sərgisinin diqqətçəkən məhsullarından biri olub.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin Elmi-Tədqiqat və Təkmilləşdirmə şöbəsinin məsul əməkdaşı Arda Şahin “Defensehere.com” portalına açıqlamasında bildirib.
Şahin bildirib ki, MAK87 “Edition” gödəkçəsi xüsusi konstruksiyaya malik çiyin yastıqcıqları ilə təchiz olunub. Onun sözlərinə görə, məhsul tənzimlənə bilən və ikiqat tikişli quruluşda hazırlanıb ki, bu da atışlar və çətin ərazi şəraitində dayanıqlılığı artırır.
“Məhsulun bütün MOLLE tikişləri xüsusi möhkəmləndirmə üsulu ilə hazırlanıb və istifadə olunan “Cordura” parçalarının sıxlığı sayəsində gödəkçə bütün əməliyyat şəraitlərinə və sınaqlara davam gətirir.
Məhsul sürətli çıxarılma mexanizmləri ilə birlikdə tam əməliyyat istifadəsinə hazır vəziyyətdə təqdim edilir. Arxa hissədə yerləşən bölmə vasitəsilə bel qoruyucusu ayrılaraq istifadəçiyə əlavə tənzimləmə imkanı yaradır”, - deyə Şahin qeyd edib.
O bildirib ki, gödəkçə zirehli ballistik plitələrin quraşdırılması üçün nəzərdə tutulub və NATO standartlarına uyğun bütün plitələrlə istifadə oluna bilər.
Şahin əlavə edib ki, məhsul müxtəlif bədən ölçülərinə uyğunlaşdırıla bilir və istifadəçilərə əlavə rahatlıq təmin edir.
Sonda o qeyd edib ki, şirkətin məhsullarını müxtəlif satış kanalları və internet resursları vasitəsilə əldə etmək mümkündür.