Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Məqalədə qeyd olunur ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası və Baş nazir Nikol Paşinyan Ermənistanı “demokratiyanın qalası” kimi təqdim etsə də, reallıq bunun əksini göstərir.
Müəlliflərin fikrincə, seçki prosesi Ermənistanın müstəqillik tarixində ən qalmaqallı və ən çirkli seçkilərdən biri olub.
“Hakimiyyət seçkilərdən xeyli əvvəl müxalif qüvvələrə qarşı təzyiqlərə başlayıb, ictimai xadimlər, din nümayəndələri və müxalif siyasətçilər təqiblərə məruz qalıblar.
“Demokratiyanın qalası” iddiası
Hakimiyyət Erməni Apostol Kilsəsini nüfuzdan salmağa çalışıb və bir sıra din xadimlərinin həbsi ilə bağlı addımlar atıb. Rusiyada yaşayan iş adamı Samvel Karapetyan, “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan, eləcə də Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayel Acapahyan da daxil olmaqla bir sıra şəxslər “hakimiyyəti ələ keçirməyə cəhd” ittihamı ilə saxlanılıblar”, - deyə müəllif qeyd edib.
Məqalədə seçki kampaniyası dövründə Ermənistanın İstintaq Komitəsi və Antikorrupsiya Komitəsinin müxalifətin seçiciləri rüşvətlə ələ almağa çalışdığı barədə ardıcıl məlumatlar yaydığı, bunun isə günahsızlıq prezumpsiyasının pozulması kimi qiymətləndirildiyi vurğulanır.
Qərbin dəstəyi
TASS məqaləsində Qərb ölkələrinin və beynəlxalq qurumların Ermənistan hakimiyyətinin addımlarına göz yumduğunu iddia edir.
Yazıda Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın, Fransa Prezidenti Emmanuel Makronun və ABŞ Prezidenti Donald Trampın Paşinyana açıq dəstək verdiyi qeyd olunur.
“Bu dəstəyin əsas məqsədi Paşinyanın hakimiyyətdə qalmasını təmin etmək olub.
Beynəlxalq müşahidəçilərin qeydləri
Hətta ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da seçki prosesində ciddi pozuntuların olduğunu etiraf edib. ATƏT müşahidəçilərinin yekun hesabatında seçki kampaniyasının son dərəcə gərgin və qarşıdurmalı şəraitdə keçdiyi, nifrət nitqləri və təxribat xarakterli bəyanatların səsləndirildiyi qeyd olunub.
Bundan əlavə, müxalifət tərəfdarlarına qarşı təzyiq, hədə-qorxu və həbslərlə bağlı çoxsaylı şikayətlərin daxil olduğu vurğulanıb. Hesabatda Ermənistan İctimai Televiziyasının hakim partiyanın xeyrinə qərəzli fəaliyyət göstərdiyi də qeyd edilib.
Yekun nəticələr hələ müəyyənləşməyib
Bütün inzibati resurslara və təzyiqlərə baxmayaraq, hakim “Vətəndaş Müqaviləsi” partiyası arzuladığı 50 faiz + 1 səs göstəricisini əldə edə bilməyib”, - deyə nəşr bildirib.
TAS vurğulayıb ki, parlamentin yekun tərkibi bəzi seçki məntəqələrində səslərin yenidən sayılmasının nəticələrindən asılı olacaq.
“Ermənistan Mərkəzi Seçki Komissiyasının iyunun 14-də yekun nəticələri açıqlamasından sonra müxalif qüvvələrin gələcək addımları məlum olacaq”, - deyə nəşr əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az