ABŞ: Hörmüz boğazında gəmiçilik fəaliyyəti əhəmiyyətli dərəcədə artıb

2026/04/1775835700.jpg
Oxunub: 236     19:37     09 İyun 2026    
ABŞ-nin energetika naziri Kris Rayt Hörmüz boğazında gəmi hərəkətinin son həftələrdə əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “Atlantic Council” tərəfindən təşkil olunan konfransda danışıb.

“Deyərdim ki, artım kifayət qədər əhəmiyyətlidir”, - deyə Rayt jurnalistlərin boğazdakı gəmiçiliyin əvvəlki həftələrlə müqayisədə necə dəyişməsi barədə sualını cavablandırıb.

Nazirin sözlərinə görə, hərbi əməliyyatlar tam başa çatsa belə, qlobal enerji axınlarının müharibədən əvvəlki normal səviyyəyə qayıtması üçün aylar tələb olunacaq.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı fevralın sonunda həyata keçirdiyi zərbələrdən sonra Hörmüz boğazında gəmiçilik fəaliyyəti demək olar ki, tam dayanmışdı. Bu isə dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizinin dayanmasına səbəb olmuşdu.

Son dövrlərdə isə bəzi gəmilər boğazdan yenidən keçməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin