ABŞ Nümayəndələr Palatası “Qafqazda Çinin təsirinə qarşı mübarizə aktı”nı təsdiqləyib

2026/06/1780551823.jpg
Oxunub: 212     19:33     09 İyun 2026    
ABŞ Konqresinin Nümayəndələr Palatası H.R.7668 nömrəli “Qafqazda Çinin təsirinə qarşı mübarizə aktı” adlı qanun layihəsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, sənəd Gürcüstanda fəaliyyət göstərən Rusiya və Çin kəşfiyyat şəbəkələri, onların təsir mexanizmləri və Moskva ilə Pekinin əməkdaşlıq istiqamətləri barədə hesabatların hazırlanmasını nəzərdə tutur.

Qanun layihəsinin əsas təşəbbüskarı olan Cənubi Karolina ştatından respublikaçı konqresmen Co Uilson bildirib ki, təşəbbüs Gürcüstan xalqına dəstək məqsədi daşıyır.

“Anti-ABŞ mövqeyi tutan “Gürcü Arzusu” partiyası gürcü xalqını təmsil etmir. Gürcülər ABŞ ilə güclü münasibətlər istəyirlər. Bunun yolu siyasi məhbusların azad edilməsi, azad və ədalətli seçkilərin keçirilməsi və Çin, Rusiya, İranın dağıdıcı təsirinin aradan qaldırılmasından keçir”, - deyə Uilson vurğulayıb.

Qeyd edək ki, qərar Çin və Gürcüstanın münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırmaq barədə birgə bəyanat verdiyi gün qəbul olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qafqaz   Çin  


Bizi "telegram"da izləyin