Erməni oliqarxın kürəkəninə qarşı cinayət təqibi başlanıb

2026/06/1781019273.jpg
Oxunub: 202     19:30     09 İyun 2026    
Ermənistanın Baş Prokurorluğu Kotayk vilayətinin keçmiş rəisi, erməni oliqarx Qaqik Tsarukyanın kürəkəni Karapet Quloyana qarşı cinayət təqibinin başlandığını açıqlayıb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o, həbs qoyulmuş əmlakla bağlı qanunsuz hərəkətlər etməkdə ittiham olunur.

Məlumata görə, 2026-cı il iyunun 8-də prokuror Karapet Quloyana qarşı ictimai cinayət təqibi başladıb.

Araşdırma zamanı müəyyən olunub ki, Quloyan məhkəmənin həmin əmlak üzərində sərəncam verilməsini qadağan edən qərarından xəbərdar olsa da, Kotayk vilayətinin Arinc kəndində yerləşən yaşayış evinin xarici, daxili və zirzəmi divarlarının zədələnməsini təşkil edib.

İstintaqın məlumatına əsasən, evin üzləmə plitələrinin sökülməsi, qapı və pəncərələrin çıxarılması kimi işlər onun göstərişi ilə həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan   Quloyan  


Bizi "telegram"da izləyin