Keçmiş diplomat Tramp və Netanyahu arasında münasibətlərin kəskin soyuduğunu bildirib

2026/06/1781018940.jpg
Oxunub: 195     19:25     09 İyun 2026    
“ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlərdə ciddi gərginlik yaranıb”.

Ordu.az xəbər verir ki, bunu İsrailin Nyu-Yorkdakı keçmiş baş konsulu Alon Pinkas CNN telekanalına müsahibəsində bildirib.

Tramp və Netanyahunun eyni mövqedən çıxış edib-etmədikləri ilə bağlı suala cavab verən Pinkas deyib: “Hazırda onlar hətta eyni kitabın içində də deyillər”.

Onun sözlərinə görə, son iki həftə ərzində Trampın Netanyahu haqqında işlətdiyi ifadələr münasibətlərdəki çatların açıq göstəricisidir.

Pinkas həmçinin Livandakı hərbi əməliyyatlardan çıxış strategiyasının olmaması ilə bağlı ciddi narahatlığını ifadə edib. O qeyd edib ki, bu münaqişə artıq Netanyahunun seçki kampaniyasının bir hissəsinə çevrilib.

“Strateji baxımdan burada yekun məqsəd yoxdur, amma siyasi oyun var. Netanyahu seçkilərə gedir. Ona daimi müharibə vəziyyətini qoruyub saxlamaq lazımdır. Onun fikrincə, hakimiyyətdə qalmağın yeganə yolu budur”, - deyə Pinkas bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin