Səslərin yenidən sayılmasından sonra “Çiçəklənən Ermənistan” Partiyasının xeyrinə 92 səs əlavə olunacaq

2026/06/1780719160.jpg
Oxunub: 193     19:22     09 İyun 2026    
Ermənistanda iki seçki məntəqəsində səslərin yenidən hesablanmasının nəticələri “Çiçəklənən Ermənistan” Partiyasının xeyrinə əlavə 92 səsin qeydə alınacağını göstərib.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Nəşrin məlumatına görə, 27/7 saylı seçki məntəqəsində yenidən sayılmadan sonra “Çiçəklənən Ermənistan” Partiyasının 77 səs aldığı təsdiqlənib.

“Halbuki Ermənistan Mərkəzi Seçki Komissiyasının saytında bu partiyanın cəmi 1 səs topladığı göstərilmişdi. Bundan əvvəl 27/26 saylı seçki məntəqəsində də yenidən sayılma nəticəsində partiyanın 19 səs aldığı müəyyən olunmuşdu. Halbuki rəsmi sistemdə bu rəqəm 3 səs kimi qeyd edilmişdi.

Beləliklə, yalnız bu iki məntəqədə “Çiçəklənən Ermənistan” Partiyasının nəticəsinə 92 səs əlavə olunacaq. Seçki dairəsi komissiyasının sədri hadisədə qərəz olmadığını bildirərək bunu texniki səhvlə izah edib.

Qeyd edək ki, ilkin nəticələrə əsasən Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplayıb və 4 faizlik keçid həddini cüzi fərqlə aşa bilməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin