Britaniyanın dövlət naziri Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib

2026/06/1781018797.jpg
Oxunub: 210     19:18     09 İyun 2026    
Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Daouti Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

“Seçkilərdə qazandığı qələbə münasibətilə Nikol Paşinyanı təbrik edirəm. Böyük Britaniya Strateji Tərəfdaşlığımızı həyata keçirmək, regional sabitliyi möhkəmləndirmək və Avropadakı tərəfdaşlarla daha sıx münasibətlər inkişaf etdirmək məqsədilə Ermənistanın yeni, demokratik yolla seçilmiş hökuməti ilə işləməyi gözləyir”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, səslər aşağıdakı kimi bölünüb:

“Vətəndaş Müqaviləsi” Partiyası – 49,825 faiz;
“Güclü Ermənistan” bloku – 23,281 faiz;
“Ermənistan” bloku – 9,934 faiz;
“Çiçəklənən Ermənistan” Partiyası – 3,996 faiz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ermənistan  


Bizi "telegram"da izləyin