Ordu.az xəbər verir ki, bu barədə İsrail XİN-in "X" sosial şəbəkə hesabında yayılan bəyanatında bildirilib.
Məlumata görə, bu cür addımlar siyasi motiv daşıyır və İsrail-Fələstin münaqişəsinə yanaşmalar, eləcə də ərazilərin statusu məsələləri ilə bağlıdır.
İsrail tərəfinin fikrincə, bir sıra ölkələr antisemitizmlə mübarizə üçün kifayət qədər səy göstərmir və bu cür qərarlar problemin güclənməsinə şərait yarada bilər.
Daha əvvəl Fransa Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç tərəfdaşları ilə birlikdə İordan çayının Qərb sahilindəki vəziyyət, həmin əraziyə məskunlaşan israillilər və fələstinlilərlə bağlı insidentlərlə əlaqədar Smotriçə qarşı ölkəyə giriş qadağası da daxil olmaqla, məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Ordu.az