Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb

2026/06/1781017180.jpg
Oxunub: 212     18:05     09 İyun 2026    
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ər-Riyad səfəri çərçivəsində müsahibə zamanı açıqlayıb.

"Bölgədə baş verən müharibələrdən sonra alternativ nəqliyyat marşrutlarının yaradılmasının zəruriliyi ilə bağlı ortaq bir anlayışa sahibik", - o bildirib.

Uraloğlunun sözlərinə görə, səfərin məqsədi bu sahədə əlaqaləri gücləndirmək olub:

"Logistika əlaqələrini inkişaf etdirmək məqsədilə bir səfər həyata keçirdik və iki anlaşma memorandumu imzaladıq. Regional miqyasda inkişaf etdirdiyimiz bu əməkdaşlığın digər ölkələr üçün də nümunə təşkil edəcəyinə inanırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin