İranda Ayətullah Xameneyinin dəfn mərasiminin vaxtı açıqlanıb

2026/03/1772459719.jpg
Oxunub: 331     17:50     09 İyun 2026    
İranda Ayətullah Seyid Əli Hüseyni Xameneyinin vida, dəfn və torpağa tapşırılma mərasimlərinin vaxtı açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabının mərhum Rəhbərinin xatirəsinin əbədiləşdirilməsi komitəsi məlumat yayıb.

Məlumata görə, mərasimlər Məhərrəm ayının ilk ongünlüyü başa çatdıqdan sonra, iyunun 26-28-də keçiriləcək.

“Mehr” agentliyinin məlumatına əsasən, hazırda bütün matəm mərasimlərinin yüksək səviyyədə təşkili üçün geniş hazırlıq işləri aparılır.

Komitə yerli və xarici KİV-ləri dəqiq tarixlər və mərasim detalları ilə bağlı təsdiqlənməmiş məlumatlar yaymamağa çağırıb.

Bildirilib ki, mərhum rəhbərin İmam Hüseynin matəm mərasimlərinə uzun illər göstərdiyi ehtirama uyğun olaraq dəfn mərasimi Aşura günlərindən sonra keçiriləcək.

Mərasimlərin dəqiq vaxtı və keçiriləcəyi məkan barədə əlavə məlumatın yaxın günlərdə açıqlanacağı qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xameneyi   İran  


Bizi "telegram"da izləyin