Sabiq erməni deputat: “Mandatları qəbul etmək və ya onlardan imtina etmək məsələsini müzakirə etmək tezdir”

2026/06/1781013744.jpg
Oxunub: 190     18:05     09 İyun 2026    
“Mandatların qəbul edilməsi və ya onlardan imtina olunması məsələsinin müzakirəsi hazırkı mərhələdə tezdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı, hüquq elmləri namizədi Artur Qazinyan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hazırkı vəziyyətdə hansı qərarın düzgün olduğunu söyləmək çətindir və bu, çoxsaylı amillərdən asılıdır.

Qaziniyanın sözlərinə görə, vəziyyət hər saat dəyişir və bu gün düzgün görünən qərar sabah fərqli nəticələr verə bilər.

“Bu günkü vəziyyət 2021-ci ildəki vəziyyətlə müqayisə oluna bilməz. Parlamentə düşən siyasi qüvvələrin nisbəti, seçkilərin legitimliyi, regional və geosiyasi şərait tamamilə fərqlidir”, - deyə o qeyd edib.

Keçmiş erməni deputat vurğulayıb ki, siyasi liderlər emosiyalarla deyil, rasional hesablamalarla qərar verməlidirlər.

Onun fikrincə, müxtəlif ssenarilər hazırlanmalı, risklər və imkanlar düzgün qiymətləndirilməlidir.

“Vətəndaşlar səbirli olmalı, parlamentə keçən qüvvələrə etibar etməli və onların qərarlarını gözləməlidirlər”, - deyə Qaziniyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazinyan  


Bizi "telegram"da izləyin