Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dimitar Stoyanov açıqlama verib.
Politico nəşrinin məlumatına görə, bu qərar yeni hökumətin Ukraynaya Avropa İttifaqı tərəfindən göstərilən dəstəyə qarşı mövqeyini gücləndirir.
Nazir bildirib ki, Ukraynadakı münaqişə hərbi yolla həll olunmayacaq.
“Biz tükəndirici müharibənin şahidiyik. Nə qədər silah yığılsa da, nəticə insan itkiləri olacaq. Artıq danışıqlar masasına əyləşməyin vaxtıdır”, - deyə Stoyanov mətbuat konfransında vurğulayıb.
Nazir həmçinin hökumətin müdafiə xərclərini NATO tələblərinə uyğun olaraq ÜDM-in 5 faizinə çatdırmaq planını açıqlayıb.
Bu barədə daha əvvəl Bolqarıstan Prezidenti Rumen Radev də bəyanat vermişdi.
Sevinc Əliyeva
Ordu.az