“ABŞ və İsrailin İran məsələsində maraqları üst-üstə düşmür” - Vens

2026/05/1779895148.jpg
Oxunub: 231     17:59     09 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens etiraf edib ki, İran məsələsində Vaşinqton və Təl-Əvivin maraqları hər zaman eyni olmur.

Ordu.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalının “Jesse Watters Primetime” proqramında danışıb.

“İsrail və ABŞ-nin çoxlu ortaq maraqları var, lakin elə vəziyyətlər olur ki, yollarımız ayrılır”, - deyə Vens bildirib.

Onun sözlərinə görə, ABŞ üçün əsas məqsəd İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməkdir.

Vensin açıqlamaları ABŞ kəşfiyyatının son hesabatlarından sonra səslənib. Həmin hesabatlarda İsrail xüsusi xidmət orqanlarının ABŞ və İran arasında aparılan danışıqlarda iştirak edən amerikalı diplomatları izlədiyi iddia olunur.

İzlənilən şəxslər arasında Pentaqonun baş strateqi Elbric Kolbi və ABŞ-nin əsas danışıqlarçılarından biri olan Stiv Uitkofun da adı çəkilir.

Vitse-prezident bildirib ki, ABŞ-nin İran siyasəti yalnız Amerikanın milli maraqları əsasında formalaşacaq.

“Son ilyarım ərzində biz lazımi diplomatik platformanı yaratmışıq. Prezident hesab edir və mən də onunla razıyam ki, İranın nüvə proqramı ilə bağlı uzunmüddətli həllə nail olmaq mümkündür”, - deyə o qeyd edib.

Vens əlavə edib ki, İranın danışıqlar prosesində müəyyən real addımlar atdığı müşahidə olunur və Tehran uzunmüddətli müharibənin davam etməsində maraqlı deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin