Ordu.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşım edib.
“Bütün hücumlar dərhal dayandırılmalıdır. Livanda, İranda və Qəzzada atəşkəs rejimlərinə tam şəkildə əməl olunmalıdır”, - deyə Quterreş bildirib.
BMT Baş katibi vurğulayıb ki, İsrail humanitar yardımın maneəsiz çatdırılması üçün Qəzza ilə bağlı bağladığı bütün keçid məntəqələrini açmalıdır.
“Mən həmçinin İsrailin Qəzza keçidlərini bağlamaq qərarından dərin narahatam və zəruri həcmdə humanitar yardımın Qəzza zolağının bütün ərazisinə sürətli, təhlükəsiz və maneəsiz çatdırılması üçün bütün keçidlərin dərhal açılmasına yenidən çağırıram”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az