Livan hakimiyyəti Sur şəhərinə endirilən İsrail zərbələri nəticəsində 8 nəfərin öldüyünü açıqlayıb

2026/06/1780395688.jpg
Oxunub: 228     17:55     09 İyun 2026    
Livanın Səhiyyə Nazirliyi İsrailin ölkənin cənubundakı Sur şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı səkkiz nəfərin öldüyünü, daha 32 nəfərin yaralandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirlik ölən və yaralananların sayı ilə bağlı məlumatların ilkin xarakter daşıdığını bildirib.

Livanın dövlət xəbər agentliyi NNA şəhərə zərbə endirilməsi barədə İsrail ordusunun Sur və ətraf ərazilərin təxliyəsi ilə bağlı xəbərdarlığından əvvəl məlumat yaymışdı.

İsrail tərəfi daha sonra bölgədə yeni hücumların həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin