Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, çoxsaylı şəxslərin maddi maraqlandırılması və xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılması (çirkli pulların yuyulması) faktları ilə bağlı aparılan istintaq çərçivəsində blokun altı namizədi barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ictimai cinayət təqibi başlanıb.
Onların saxlanılması barədə qərarlar qəbul olunub və qərarların icrası Daxili İşlər Nazirliyinin polisinə həvalə edilib.
İstintaq zamanı namizədlərdən ikisinin yeri müəyyən edilib və onlar barəsində qətimkan tədbiri olaraq həbs seçilib.
Cinayət işi üzrə istintaq davam edir.
Alpər Mövludoğlu
Ordu.az