Fransa İsrailin maliyyə nazirinin ölkəyə girişini qadağan edib

2026/06/1781013537.jpg
Oxunub: 238     17:48     09 İyun 2026    
Fransa İordan çayının Qərb sahilində baş verən zorakılıqlarla əlaqədar beynəlxalq müttəfiqləri ilə birlikdə koordinasiyalı milli sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jean-Noel Barrot açıqlama verib.

“Bu gün britaniyalı, kanadalı, avstraliyalı, yeni zelandiyalı və norveçli tərəfdaşlarımızla birlikdə “işğal olunmuş” Qərb sahilində məskunlaşmanın genişləndirilməsinə və zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərə qarşı yeni sanksiyalar tətbiq edirik”, - deyə o, sosial şəbəkədə yazıb.

Barrotun sözlərinə görə, Fransa İsrailin maliyyə naziri Bezalel Smotrichin, məskunlaşma təşkilatlarının dörd rəhbərinin və zorakılıqlarla əlaqələndirilən 21 məskunlaşmaçının ölkəyə girişini qadağan edib.

Fransalı nazir bildirib ki, Smotriç Qərb sahilinin ilhaqını, yeni yaşayış məntəqələrinin salınmasını, Qəzza zolağının yenidən məskunlaşdırılmasını, həmçinin Fələstin Milli Administrasiyasının iqtisadi cəhətdən zəiflədilməsini açıq şəkildə dəstəkləyir.

“Bu, beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin qəbul edə bilməyəcəyi siyasətdir. Çünki bir çox ölkələr iki dövlət prinsipinə sadiq qalırlar”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İsrail  


Bizi "telegram"da izləyin