Zelenski: "Ukrayna və Latviya dron sahəsində saziş imzalayıb"

2026/04/1777557510.jpg
Oxunub: 204     17:32     09 İyun 2026    
Ukrayna və Latviya Drone Deal təşəbbüsü çərçivəsində dron sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Latviyanın yeni Baş naziri Andris Kulberqslə görüşün yekunları üzrə məlumat verib.

"Pilotsuz uçuş aparatları ilə bağlı saziş imzaladıq və bu, ölkələrimiz üçün mühüm nəticədir. Bu, birgə müdafiəmizin və istehsalımızın gücləndirilməsinə xidmət edən konkret addımlardır. Belə sistemli əməkdaşlığı Rusiyanın müharibə apardığı bütün illər ərzində bizi ardıcıl olaraq dəstəkləyənlərlə qururuq", - o qeyd edib.

Zelenski əlavə edib ki, Ukrayna Avropanın hər bir regionunun Rusiyanın təhdidlərindən kifayət qədər müdafiəsinin təmin edilməsində maraqlıdır.

"Mən həmçinin Baş naziri Ukraynanın hava hücumundan müdafiə ehtiyacları barədə məlumatlandırdım. Biz Rusiyaya qarşı sanksiya təzyiqini, o cümlədən Rusiyanın kölgə donanmasına qarşı sanksiyaların gücləndirilməsini də müzakirə etdik", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Latviya  


Bizi "telegram"da izləyin