Ordu.az xəbər verir ki, bu barədə onun vəkili David Harutyunyan məlumat verib.
Erməni vəkilin sözlərinə görə, Osipyan xeyli çəki itirib və səhhəti pisləşib. Harutyunyan bildirib ki, Osipyanın müayinədən imtina etmesi etiraz aksiyasının bir hissəsidir.
Ermənistan Penitensiar Tibb Mərkəzinin direktoru Kamo Manukyan da Osipyanın tibbi yoxlamadan imtina etdiyini təsdiqləyib. Lakin Manukyan onun sağlamlıq vəziyyəti barədə məlumat verməkdən imtina edərək bunu tibbi sirr adlandırıb.
Xatırladaq ki, Artur Osipyan 2026-cı il mayın 18-də Nikol Paşinyanla mübahisədən sonra saxlanılıb. O, seçki kampaniyası zamanı Paşinyana yaxınlaşaraq onu tənqid etmişdi.
Hadisə zamanı Paşinyan Osipyana qarşı sərt ifadələr işlətmişdi. Bundan sonra Osipyan barəsində hüquqi prosedurlar başlanmışdı.
Alpər Mövludoğlu
Ordu.az