Erməni vəkil: “Müasir “Pinoçet” məhkəmələrə konkret cəza sifariş edir”

2026/06/1781011773.jpg
Oxunub: 235     17:29     09 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki rüşvəti ilə bağlı son açıqlaması ölkədə müzakirələrə səbəb olub.

Ordu.az xəbər verir ki, erməni vəkil Raffi Aslanyan sosial şəbəkə hesabında Paşinyanın bəyanatını sərt tənqid edib.

O qeyd edib ki, Paşinyan faktiki olaraq məhkəmə sisteminə göstəriş verərək seçki zamanı rüşvət verən və ya alan hər kəsin növbəti seçkilərin nəticələri elan olunana qədər həbsdə saxlanılmasını tələb edib.

Aslanyan bildirib ki, təqsirsizlik prezumpsiyası bu cür yanaşmalarda nəzərə alınmır.

“Ermənistan Cinayət Məcəlləsinə əsasən, seçki rüşvəti vermənin sadə tərkibi üzrə minimum cəza 3 ildir, alma halında isə daha aşağıdır. İndi müasir “Pinoçet”in fikrini necə başa düşək? O, məhkəmələrə konkret cəza müddətləri sifariş edir, yoxsa artıq növbədənkənar seçkilər barədə düşünür?”, - deyə erməni vəkil vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aslanyan   Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin