Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.
Məlumata görə, başlanmış işlərin 77-si “Güclü Ermənistan” blokuna (67%), 24-ü “Çiçəklənən Ermənistan” Partiyasına (20,8%), 11-i isə “Hayastan” blokuna (9,6%) aid olub.
Qeyd edilir ki, 61 cinayət işi üzrə 242 nəfərə qarşı ictimai cinayət təqibi başlanıb. 100 təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı qətimkan tədbiri seçilib. Onlardan 52 nəfər barəsində həbs (21,3%), 48 nəfər barəsində isə ev dustaqlığı (19,7%) tətbiq olunub.
120 təqsirləndirilən şəxs barəsində alternativ qətimkan tədbirləri seçilib: 20 nəfər üçün inzibati nəzarət (8,2%), 100 nəfər üçün ölkədən çıxışa qadağa (41%).
Bildirilib ki, bundan başqa, 19 nəfər barəsində axtarış elan olunub, 54 nəfərlə bağlı 14 cinayət işi ittiham aktı tərtib edilməklə məhkəməyə göndərilib.
Ermənistan Antikorrupsiya Komitəsi seçki xarakterli korrupsiya cinayətləri ilə mübarizəni davam etdirəcəyini və seçkidən sonrakı mərhələdə mümkün qanun pozuntularına ciddi nəzarət edəcəyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az