Ermənistanda atışma olub, yaralı İrəvana aparılıb

2026/06/1781011340.jpg
Oxunub: 232     17:21     09 İyun 2026    
İyunun 9-da Ermənistanın Kotayk vilayətində “Bir damla bal” hekayəsini xatırladan hadisə baş verib və nəticədə atəş səsləri eşidilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan.com” nəşri məlumat yayıb.

Məlumata görə, saat 15:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin İcma Polisi Baş İdarəsinin Kotayk şöbəsinə Abovyan şəhərinin Gənclər küçəsi 14 ünvanında yerləşən binanın həyətində mübahisə zamanı atışma baş verdiyi və bir nəfərin yaralandığı barədə operativ məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları məlumatın doğru olduğunu müəyyən ediblər.

Məlum olub ki, polis gələnə qədər bir vətəndaş baş nahiyəsindən aldığı xəsarətlərlə Abovyan Tibb Mərkəzinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını vasitəsilə İrəvandakı ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib.

Qeyd edilir ki, hadisə yerinin yaxınlığında yerləşən qarajda isə ilkin məlumata görə zərərçəkənə məxsus olan “Mercedes Maybach” markalı avtomobil aşkar edilib.

Faktla bağlı Abovyan İstintaq Şöbəsində cinayət işi başlanıb.

Hazırda hadisənin bütün halları, iştirakçıların və yaralının şəxsiyyəti araşdırılır, həmçinin cinayətdə istifadə edilmiş odlu silahın tapılması istiqamətində tədbirlər görülür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Atışma  


Bizi "telegram"da izləyin